Kökəlmək üçün ən önəmli tövsiyyələr

Müəllif: Mr. OffiCeR
Şərhlər: 7
Baxılıb: 11 787
Səs ver:
(səs: 1)
1. Hər gün 3 əsas, 3 ara yemək yeyin. Yeməkləri ötürməyin.
Yeməkdən öncə idman edin, gəzin, qaçın. Bu həm iştahı açır, həm də sağlam kökəlməyə kömək edir.

2. Yatmamışdan öncə yemək, şirniyyat yeyə bilərsiniz.
Yeməkdən sonra şirniyyat qəbul edin.
Fındıq, fıstıq, badam, qoz və sairə yeyin.
Hər gün yumurta qəbul edin.
Əridilmiş yağ əvəzinə duru yağlara üstünlük verin.

3. Reseptlər


Bananlı kokteyl..
200 qram orta yağlı kəsmik eyni miqdarda təbii qatıq və ya kefirlə qarışdırılır, 1 ədəd banan doğranaraq əlavə edilir və blenderdə çalınır. Alınan kokteyl gün ərzində 2 dəfə yeməkarası içilir.

Yumurtalı kokteyl..
1 yumurtanın sarısı köpüklənənə qədər çalınır. Başqa bir qabda 50 qram kəsmik, 1 stəkan süd və meyvə şərbəti çalınır, iki kütlə bir-birinə qarışdırılır və gündə 1-2 dəfə içilir.

4. Unutmayın ki, kökəlmək xatirinə çox yağlı yemək yeməyin. Çünki yağ ilə artan çəki sağlamlıq üçün ziyandır.

5. Həkimin təyini ilə vitamin-mineral kompleksləri, xüsusi iştahanı artıran preparatları qəbul etmək olar. Ədviyyatlar (istiot, sarıkök, darçın və s.) iştahanı artırır və bu səbəbdən qidaların hazırlanması zamanı ədviyyatlardan geniş istifadə edin.
(səs: 1)
Şərhlər: 7
Baxılıb: 11 787
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri