Çəki artırmaqda kömək olan bəzi təkliflər

Müəllif: Mr. OffiCeR
Şərhlər: 4
Baxılıb: 4 514
Səs ver:
(səs: 0)
Zəif insanların xarici faktorlara qarşı müqaviməti daha aşağıdır. Daha asan xəstə olarlar və yaxşılaşma müddətləri daha uzun olar. Daha tez yorulurlar.

Dəri altı yağ təbəqələri qeyri-kafi olduğundan soyuq iqlimlərdə bədən istiliklərinin nəzarəti daha çətin olur.Tez bazar olaraq təbir edilən, boş kalori ehtiva edən yeməkləri çox yemək kilo almaq üçün yaxşı bir yol deyil. Bu tərz qidalar ümumiyyətlə sağlamlıqsız trans yağlar və ya doymamış yağlar ehtiva etməkdədir.

1. Ana paylarınızı (səhər, günorta və axşam) süd qrupu, ət qrupu, taxıl qrupu və tərəvəz və meyvə qrupundan ən az bir qida olmasına diqqət edin.

2. Gündə 3 böyük pay etməkdənsə 5-6 kiçik balanslı paylar etməniz daha faydalı ola bilər.

3. Yağlar mədədə uzun müddət qalanda ötəri toxluq təmin edərlər. Bu səbəblə kilo almaq istəyən adamın diyetində yağda qızartmalar və çox yağlı qidalar götürməməlidir. Ətli yeməklər yağ əlavə olunmadan pişirilməli, ətsiz olanlara da kafi miqdarda yağ qoyulmalıdır.

4. Aralarda edəcəyiniz paylar boş kalori qaynağı olanlar deyil, meyvələr, süd və süd məhsulları, südlü və tost kimi bəsləyici dəyərə sahib qidalar olmalıdır.

5. Kartof qızartması, qızarmış toyuq və balıq yerinə sobada kartof, qızartma toyuq və balıq seçin, boşqab miqdarlarını bir az artırın. Əldə edə biləcəyiniz ən yaxşı sadə karbonhidratlı qidalar bal və doşabdır.

6. Quru yemişlər (qoz, fındıq, badam) və quru meyvələr (ərik, əncir və s) dietanızı həm enerjisini, həm də vitamin və mineral tərkibini artırır. Diyetinizə kətan toxumu artırmaq həm omeqa-3 məzmununu, həm də enerji məzmununu artırar.

7. Su, çay, qəhvə və soda kalori etməz. Dəyəri yüksək və daha çox enerji ehtiva edən süd, ayran və ya meyvə suyu kimi içkiləri seçin. Mayelər mədənizi dolduraraq daha çox yemənizi manə olar. Ona görə mayə istehlakını yeməklərdən 30- 60 dəqiqə əvvəl və ya sonra etmənizdə fayda var. Gecə pay etmək üçün yaxşı bir zaman ola bilər, çünki bir sonrakı paya iştahanız kəsilməsinə təsir etməz.

8. Diyetinizdəki zülal miqdarını artırmaq üçün 1 stəkan sütünüze ¼ stəkan süd tozu, yeməklərinizə və salatlarınıza əlavə ət (qırmızı ət, toyuq, balıq) və quru paxlalılar (noxud, quru paxla kimi) əlavə edə bilərsiniz.

9. Vitamin və mineral ehtiyacınızı qarşıladığınızdan əmin olmaq üçün bir həkimlə və ya mütəxəssis ilə məsləhətləşərək vitamin- mineral istifadə edə bilərsiniz.

10. Həyatınızdakı stressi azaltmağa çalışın. Sinirlənmə və gərginlik bədəninizdəki bütün əzələlərin gərilməsinə gətirib çıxarar, əzələlərin sıxılmaları da boş yerə enerji xərcləyər.
(səs: 0)
Şərhlər: 4
Baxılıb: 4 514
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri