Qadınlarda kökəlmə problemi ilə bağlı bilmədikləriniz

Müəllif: Mr. OffiCeR
Şərhlər: 2
Baxılıb: 5 019
Səs ver:
(səs: 0)
Qadınları çox düşündürən məsələlərdən biri də kişilərdən daha asan çəki almalarıdır.

Qidalanma problemidir yoxsa bilmədən etdiyimiz səhv yemək rejimidirmi? Qidalanma və kökəlmə pronlemi ilə bağlı bilmədiklərinizi sizinlə bölüşürük..

Maddələr mübadiləsini pozan səhvlər..
Sağlam qidalanma və pəhriz mütəxəssisləri şüursuz saxlanılan pəhrizin bədənə ağır ziyan verdiyini və maddələr mübadiləsinin zəifləməsinə səbəb olduğunu söyləyirlər. Maddələr mübadiləsinin zəifləməsi isə irəliləyən dövrlərdə artıq çəki probleminə yol açır.

Bu baxımdan pəhriz saxlayan şəxslərdə maddələr mübadiləsinin sürəti düşür. Bu eniş irəliləyən dövrlərdə arıqlamağın çətinləşməsinə və artıq çəkinin itməsinin sürətində azalmaya səbəb olur. Pəhriz zamanı əzələ nisbətini artıracaq hər hansı bir fiziki fəaliyyət ilə birlikdə əzələ faizinin qorunması və ya artırılması maddələr mübadiləsinin canlılığını qorumaqda olduqca vacibdir. Pəhriz ilə birlikdə edilən fiziki hərəkət artıq çəki probleminin həllinin qalıcı olmasına səbəb olur. Həmçinin sağlam və ideal bədən quruluşu görünüşünə səbəb olur.

Mütəxəssis rəylərinə əsasən qadınları düşündürən bu məsələnin səbəblərini açıqlayır.
Qadınlarda yağ səviyyəsi kişilərə nisbətən daha yüksəkdir və bu da maddələr mübadiləsinin yavaşlamasına səbəb olur. Nəticədə isə qadınlar daha asanlıqla kökəlirlər.
Qadınlıq hormonu esterogen artımı nəticəsində omba, qarın bölgəsində yağlanma artımına səbəb olur. Bunun üçün qidalanmaya diqqət edilməlidir. Acarkən deyil, tez-tez qidalanmaq lazımdır. Maddələr mübadiləsinin canlanması üçün saunaya ehtiyac var.

Hər doğuş sonrası alınan və verilən çəkilər maddələr mübadiləsini yavaşladır. Hamiləykən ən az 15 kilo almaq lazımdır. Normal qidalanmaq və 4 ayından etibarən hər gün az da olsa piyada gəzintiyə çıxmaq lazımdır.
Süd vermə dövründə südü artırmaq üçün yağlı qidalar deyil, əsasən bol mayeli qidalar, kompot qəbulu düzgündür. Doğuşdan 3 ay sonra isə piyada yürüşlərə başlamaq lazımdır.
Hər zaman ağıldan keçən düşüncələr həyatı şəkilləndirir. Ağlınızdan qəzəb, narahtçılıq, intiqam, haqsızlıq kimi düşüncələr keçirsə, unutmayın, bu düşüncələr bədənə geri dönər.
Əgər danışarkən bir şeyi 3 dəfədən artıq deyirsizsə, bu, artıq həmin düşüncələrin təsiridir. Bütün bu mənfi düşüncələr tiroit toxumasının az çalşmasına və bədənin yavaşlayıb çəki almasına səbəb olur.

Qadınlardakı sellülitin səbəbi içində yığılıb qalmış qəzəb və özünü cəzalandırmaqdır. Əgər könlünüzdən həmişə şokolad yemək keçirsə, demək həyatınızda sevgi əskikliyi var. Sevgi versəniz də, sevgi ala bilmirsiz deməli. Bu üzgünlüyümüzü ört basdır etmək üçün şokolad yemək istəyirik.
İdmanla yanaşı psixoloji dəstək almaq da məsləhətdir. Pis yemək vərdişlərinizi əvəzləyəcək vərdişlər tapmaq lazımdır.
(səs: 0)
Şərhlər: 2
Baxılıb: 5 019
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri