Kilo almağın sirri

Müəllif: Pure Love
Şərhlər: 9
Baxılıb: 4 181
Səs ver:
(səs: 1)
Çox yemək lazım deyil.
Kökəlmək üçün nizamsız qida qəbuluna başlamaq lazım deyil. Bu zaman yalnız qarında şişlik meydana gələcək.

Az-az qida qəbul edin.

Hər gün 3 əsas, 3 ara yemək yeyin. Yeməkləri ötürməyin.

Çoxlu istirahət edin.
Əsəb gərginliyi də çəkinin artmasına mane ola bilər, buna görə çalışın əsəbiləşməyin. Gün ərzində heç olmasa 1 dəfə nəfəsinizi dərib, 20 dəqiqə sakit oturun.

Məşq edin.
Yeməkdən öncə idman edin, gəzin, qaçın. Bu həm iştahı açır, həm də sağlam kökəlməyə kömək edir.

Zərərli vərdişlərdən imtina edin.
Alkoqol, kofe, çay, siqaretin istifadə səviyyəsini minimuma çatdırın. Bunların hamısı, iştahanı azaldır və maddələr mübadiləsini yüksəldir.

Qidanı sevməyə çalışın.
Süd və süd məhsulları, ət və ət məhsullarına üstünlük verin.Qəbul edilən karbohidratın miqdarını artırın.Südə bal, bəhməz, mürəbbə əlavə edərək için.İçkiləri yemək zamanı deyil, qida qəbulundan ya 30 dəqiqə öncə, ya da sonra için.Təzə meyvə sularına üstünlük verin.Yatmamışdan öncə yemək, şirniyyat yeyə bilərsiniz.Yeməkdən sonra şirniyyat qəbul edin.Fındıq, fıstıq, badam, qoz və s yeyin.Hər gün yumurta qəbul edin.Əridilmiş yağ əvəzinə duru yağlara üstünlük verin.

Fikirinizi həzzdə cəmləşdirin!
• Asta-asta yeməyə çalışın, qidanı bütöv udmayın. Məsələ qidanın çoxluğunda deyil, keyfiyyətindədir!
• Tez-tez intim münasibətdə olun. İntim münasibətlər – nəinki arıqlamağa, həmçinin kökəlməyə də kömək edir.
• Təmiz havada çoxlu gəzin
• Çoxlu yatın, yatağınızda olmaqdan həzz alın.

Tərəziyə baxmayın

Tərəziyə baxdıqda siz əsəbiləşməyə başlayacaqsınız, bunu da sizə etmək olmaz! Yaxşısı budur güzgüyə baxasınız, siz formalarınızın artması tərəzidə deyil, güzgüdə yaxşı görə biləcəksiniz.
(səs: 1)
Şərhlər: 9
Baxılıb: 4 181
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri