Az yatmaq bizi kökəldir

Müəllif: Pure Love
Şərhlər: 5
Baxılıb: 3 926
Səs ver:
(səs: 1)
Son 40 ildə edilən araşdırmalar, indiki vaxtda yuxu müddətinin doqquz saatdan yeddi saata düşdüyünü və insanların daha az yatıb daha çox kilo aldıqlarını göstərir. Mütəxəssislər, az yatmanın insan sağlamlığı üzərində bir çox mənfi təsiri olduğunu və kilo probleminin də bu mənfiliklərdən biri olduğunu ifadə edir.

Televiziya və kompüter qarşısında keçirilən zamanın gec saatlara qədər davam etməsi gecə bir şeylər yeməyinizə səbəb olur. Gecə gec alınan qidaları bədən tərəfindən enerji olaraq xərclənə bilmədiyindən yığılaraq kiloya çevrilir. Yuxu pozuqluğunun hormonlarla arasındakı əlaqə isə belədir: Leptin və Ghrelin iştah üzərində təsirli olan iki hormondur. Leptin bədəndə enerji çox olduğu zaman iştahı kəsərək yeməyi dayandırmağımızı təmin edər. Ghrelin isə mədə tərəfindən mədə boş olduğunda aclıq hissini ortaya çıxardar. Mədə boş olduğu zaman Ghrelin səviyyələri artar və Leptin düşərək bizim yemək yemə istəyimizi qalib gələr.

Yuxusuzluğun sinirlər üzərində də mənfi təsirləri var, yuxusuzluq sinirləri xəbərdar edərək rahatlamasını maneə törətdiyini, karbonhidrat və şəkərli yeməklərə meylin daha çox artdığını və kortizol deyilən stress hormonunun da yuxusuzluq müddəti tərəfindən artaraq yağlanılmağa səbəb olduğunu bilirik.
Bu səbəblə yuxunun son dərəcə əhəmiyyətli olduğunu unutmamaq və mütləq kafi müddətlərdə yatmaq lazımdır.
(səs: 1)
Şərhlər: 5
Baxılıb: 3 926
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri