Kilo almağın yolları

Müəllif: adsiz-a
Şərhlər: 4
Baxılıb: 9 298
Səs ver:
(səs: 0)
İstər bədən inkişaf etdirmək üçün, istərsə də yalnız normal görünmək üçün kilo almaq istəyirsinizsə edilməsi lazım olanları doğru və sağlam bir şəkildə, təbii yollarla etmək lazımdır. Bu gün çox tez kilo almaq istəyənlər üçün uyğun olacaq bir pəhriz proqramını sizlərlə bölüşəcəm.

Sürətli kilo almaq və ya sürətli kilo vermək bir çox dietoloqlar tərəfindən tövsiyyə edilməsə də çox ehtiyacınız olduğunu düşünürsünüzsə bu sürətli kilo almaq pəhrizini sınaqdan keçirə bilərsiniz.
Ümumiyyətlə idmançıların və bədən inkişaf etdirmə mütəxəssislərinin ağır məşqlərlə birlikdə istifadə etdiyi bir pəhriz olduğu üçün sizin də idmanla birlikdə bu pəhrizi tətbiqiniz yaxşı bir görünüşə də sahib olmanıza kömək edəcəkdir.

Sürətli Kökəlmə proqramı-1
Birinci Pay - Saat 07.00
Ən az bir stəkan yağsız süd
Bir kasa yağsız və ya az yağlı qatıq
Bir ədəd meyvə

İkinci Pay - Saat 09.00
Bir böyük alma
Az miqdarda zülal (protein) ehtiva edən bir qida maddəsi (yumurta ola bilər)

Üçüncü Pay - Saat 12.00
2 ədəd qızartma toyuq sinəsi
1 boşqab düyü plovu
1 kasa yağsız və ya az yağlı qatıq

Dördüncü Pay - Saat 15.00
Atıştırma olaraq yenə az miqdarda zülal ehtiva edən qidalar
1 ədəd banan

Beşinci Pay - Saat 19.00

2-3 ədəd yağsız bifşteks
1 boşqab düyü plovu və yanında qaynadılmış kartof

Altıncı Pay - Saat 22.00
Yatmazdan əvvəl bir banan ya da alma

P.S. Sürətli bir şəkildə kilo almaq bəzilərimiz üçün çox əhəmiyyətli olsa da ən əhəmiyyətlisi sağlam bir şəkildə kilo ala bilməkdir, bunu unutmayın. Sağlamlıq hər şeyin başı və daha əhəmiyyətlidir.
(səs: 0)
Şərhlər: 4
Baxılıb: 9 298
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri