İştahanı artıran vasitələr

Müəllif: YalniZ-ArZu
Şərhlər: 5
Baxılıb: 2 826
Səs ver:
(səs: 0)
Əgər iştahanız yoxdursa türkəçarədən istifadə etməyi unutmayın,

bunun üçün 80 qr. yovşan otu , 20 qr. Boymadərən otu (çiçəyi ilə birlikdə) götürün ,

döyüb qarışdırın və cövhərini çəkin. Ondan hər gün yeməkdən 20 dəqiqə qabaq

1 xörək qaşığı qəbul edin. İştahanız bərpa olar.

***

40 qr. yovşan otu , 20 qr. Boymadərən otu, 20 qr. Acıqovuq (zəncir otu ) kökünü

töküb qaynatmaq və cövhərini çəkmək lazımdır.

Ondan yeməkdən 15-20 dəqiqə qabaq 1 xörək qaşığı qəbul edin.

***

Yovşan otundan 50 qr. üçyarpaq su yoncasının yarpağından 50 qr .

qarışdırıb cövhərini almaq lazımdır. İştahası olmayanlar ondan yeməkdən

15-20 dəqiqə qabaq 1 xörək qaşığı qəbul etsələr, xeyrini görərlər.

***

25 qr. yovşan otu , 25 qr. kəçəvər kökümsovu 25 qr. üçyarpaq su yoncasının yarpağı ,

25 qr. zirə meyvəsini qarışdın , cövhərini çəkin.

Ondan yeməkdən 15-20 dəqiqə qabaq 1 xörək qaşığı qəbul edin.

Bu sizi iştah azlığından xilas edəcəkdir.

***

Bataqlıq zanbağının qurudulmuş kökümsov gövdələrindən xırda-xırda doğrayın və

ay kimi dəmləyin. Bu dəmləmədən gündə 3 dəfə , yeməkdən 20-25 dəqiqə

qabaq 1 stəkan için. Əgər iştahanız yoxdursa ,

bu dəmləmə onu bərpa etmək gücünə malikdir.

Bataqlıq zanbağının qurudulmuş kökümsov gövdələrindən xırda-xırda doğrayın

və .ay kimi dəmləyin. Bu dəmləmədən gündə 3 dəfə ,

yeməkdən 20-25 dəqiqə qabaq 1 stəkan için.

Əgər iştahanız yoxdursa , bu dəmləmə onu bərpa etmək gücünə malikdir.

***

Əgər iştahanız yoxdursa , qaraqınıq dəmləməsi için, o sizə kömək edər.

Dəmləmə belə hazırlanır: qaraqınıq otunu çiçəkləri ilə birlikdə qurudun

və onu döyüb toz halına salın. Ondan bir çay qaşığı götürüb 1 stəkan

qaynar suya salın və 30 dəqiqə saxlayıb , süzün.

Ondan yeməkdən 20-25 dəqiqə qabaq 1 xörək qaşığı qəbul edin.

***

İştaha artıran vasitələrdən biri də dazı otudur. Onun çiçək və

yarpaqlarını toplayıb qurudurlar, ovurlar, 1 xörək qaşığı götürüb

1 stəkan qaynar suda dəmləyirlər . Onu 3 yerə bölüb,

səhər, gunorta , axşam yeməkdən 15-20 dəqiqə qabaq içirlər.

İştahasız adam tam dəymiş heyvanı soyub , xırda –xırda doğrayıb döyməli

sıxıb şirəsini çıxarmalı və yeməkdən əvvəl stəkanın üçdə biri qədər içməlidir.

May ayında çaşır çaşır bitkisinin gövdəsini toplayır , yarpaqlarını təmizləyirlər.

Dəstə bağlayıb suda qaynadırlar. Sonra çıxarıb 4-5 gün ayranda saxlayırlar.

Ayranda qalan müddətdə çaşır həm yumşalır, həm də ağarır.

Onu ayrandan çıxarıb soyuq su ilə yuyub duza qoyurlar.

Çaşır şorabası (tutması) iştahanı artıran dərman kimi qiymətlidir.

İştahanızı açmaq istəyirsinizsə xörəyə qara istiot atın.

Nanənin xırdalanmışından çay kimi dəmləyin , yeməkdən qabaq

1 xörək qaşığı için. Bu iştahanızı açar
(səs: 0)
Şərhlər: 5
Baxılıb: 2 826
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri