Payızda ideal çəkidə qalmaq istəyənlərə – Məsləhət

Müəllif: Son Bahar
Şərhlər: 4
Baxılıb: 1 948
Səs ver:
(səs: 1)
Müşahidələr göstərir ki, insanlar ən çox payız və qış mövsümündə kökəlir.
Yayda dadlı mövsüm meyvələri, iştahkəsən istilər bizi ağır yeməklərdən uzaq durmağa məcbur edir. Digər yandan tərləyib daha aktiv həyat tərzi keçirdiyimizdən arıqlamağa meyilli oluruq. Elə ki payız gəldi, yayda çimərlik həvəsi ilə pəhriz saxlayıb mütəmadi idman edənlər özlərinə qoyduğu bütün qadağaları ləğv edərək istədikləri qədər yeyib-içirlər. Havaların soyuması hərəkətsiz həyat tərzinə meyilliliyi artırır. Bütün bunlar isə artıq çəki ilə nəticələnir. Türkiyəli həkim-diyetoloq Şəfiqə Aydın Səlçuq soyuq aylarda da ideal çəkini qorumağın mümkün olduğunu bildirir. Onun sözlərinə görə, bunun üçün bir neçə qaydaya əməl etmək kifayətdir.

İdeal çəkisini qorumaq istəyənlərə tanınmış diyetoloqun məsləhətlərini təqdim edirik:

Yuxu saatlarınıza diqqət edin. Hər yetkin insan 8 saat yatmalıdır. Yuxunun keyfiyyəti də önəmlidir. 8 saatdan çox yatmaq məsləhət deyil. Çünki bu, orqanizmin yağları yığmasına səbəb olur.
Siqareti tərgidin, siqaret çəkilən məkanlara getməyin. Siqaret çəkməsəniz belə ətrafınızdakı duman sağlamlığınıza mənfi təsir edir.

Stresdən uzaq durun. Əgər gün ərzində həddən artıq stres keçirirsinizsə, insanı sakitləşdirən musiqilər dinləyin, yoqa ilə məşğul olun, yaxşı əhval-ruhiyyə aşılayacaq film və kitablara müraciət edin. Unutmayın ki, stres köklüyün ən böyük səbəblərindən biridir.

Spirtli içkilər maddələr mübadiləsini pozur. Bu da kökəlməyə səbəb olur. Üstəlik, spirtli içkilər insanın daha tez yaşlanmasına gətirib çıxarır. İnsanı yavaş-yavaş öldürən bu zəhəri həyatınızdan çıxarın.

Faydalı qidalar yeməyin sağlamlığınız üçün nə qədər faydalı olduğunu düşünün. Yediyiniz tərəvəz və meyvələrin faydalı xüsusiyyətlərini araşdırın. Bu sizə zərərli qidalardan uzaq durmağınız üçün stimul verəcək.

Menünüzdə taxıllar, müxtəlif ət çeşidləri, süd məhsulları, təzə meyvə və tərəvəzlər olmalıdır. Sağlamlıq üçün faydalı olan heç bir qidanı menünüzdən çıxarmayın.

İdeal çəkidə qalmaq üçün sağlam qidalanmalısınız. Bu qayda, sadəcə, ev üçün nəzərdə tutulmayıb. Restoranda, məclisdə, tədbirlərdə də pəhrizinizə uyğun yeməklər seçin. Az yağlı tərəvəz yeməkləri ən yaxşısıdır.

Heç nəyi həddən artıq yeməyin. Gündəlik menünüzdə çeşid bolluğuna diqqət yetirin.

Kiçik porsiyalarda, az-az, tez-tez yeyin.

Daim hərəkətdə olun. Liftdən istifadə etməyin. Qısa məsafələrə piyada, ya da velosipedlə gedin. Səhərlər, heç olmasa, yarım saat yeriyin.

Bol-bol su için. 8 stəkan su içmək sizin əsas qaydanız olmalıdır. Ancaq bu qədər su sizin orqanizminiz üçün kifayət etməyə bilər. Ona görə də sidiyinizə nəzarət edin. Sidiyin rəngi açıqdırsa, deməli, kifayət qədər su içirsiniz. Əksinə tünddürsə, deməli, gün ərzində içdiyiniz su miqdarını artırmalısınız.
(səs: 1)
Şərhlər: 4
Baxılıb: 1 948
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri