Arıq qızlar kökəlmək isdəyirsiz bu xəbərə

Müəllif: Efsuw2016
Şərhlər: 2
Baxılıb: 3 092
Səs ver:
(səs: 2)
Yəqin ki, məşq zallarında arıq xanımları gördükdə təəccüblənirsiniz. Artıq çəkisi olan xanımlar idmana arıqlamaq üçün gəlirlər. Bəs arıq xanımlar niyə məşq zallarına üz tutur? Bununla bağlı Aile.lent.az-a danışan məşqçi Orxan Məmmədov bildirir ki, arıq xanımların bədənlərinin bəzi hissəsində artıq çəki olur. Bu zamansa bədənin proporsiyası pozulur. Arıq xanımlar bədənlərinin bəzi hissələrindəki çəkidən azad olmaq üçün idmanla məşğul olmalıdır: “Məsələn, çox sayda arıq xanım var ki, qarın hissələrində qalın yağ qatı var. Azərbaycan xanımlarının əksəriyyəti aşağı ətraflardan şikayət edir. Aşağı ətrafları ilə bel hissəsinin ölçüləri uyğun olmayan xanımlar da az deyil. Mütəmadi düzgün proqramla tərtib edilən idman bütün bu problemləri qaydasına salır. Bütün xanımların bədən ölçülərinə uyğun məşq proqramı tərtib edilir. Onlar üçün xüsusi məşq formaları təyin edilir ki, bədənin məhz həmin hissəsi arıqlasın”.

Çəki azlığından şikayət edən xanımlar üçün ən yaxşı vasitə idmandır. Məşqçi deyir ki, bu cür xanımlar üçün əsasən çəki artıran məşqlər təyin edilir: “Arıq xanımların qaçış aparatı, xizək və velosipedlərdən çox istifadə etməmələri tövsiyə edilir. Yalnız güc artıran hərəkətlərdən istifadə olunmalıdır. Bu cür xanımların əzələlərini şok vəziyyətinə saldıqda istənilən nəticəni əldə etmək olar. Normal istirahət də şərtdir. Ən əsası, qidalanmalarına fikir verməlidirlər. Əzələnin inkişafı istirahətdə baş verir. Düzgün məşq, düzgün proqram və düzgün qidalanma ilə sağlam kökəlmək mümkündür. Arıq xanımlar qaçış aparatında 10 dəqiqədən çox qaçmamalıdırlar. Bu isə yalnız isinmə məqsədi daşımalıdır. Əzələlərin inkişafı üçün bu cür məşq üsulu lazımdır”.

Unutmayaq ki, idman hər şeydən öncə sağlamlıqdır. Arıqlığından və köklüyündən asılı olmayaraq hər kəs idmanla məşğul olmalıdır. İdman təkcə arıqlamaq üçün deyil, həm də ideal bədən quruluşana malik olmaq üçün lazımdır. İdmanın xeyrindən başqa heç bir ziyanı yoxdur: “İdmanın əks təsirini yalnız qidalanmaya fikir vermədikdə görmək olar. Məşqlərdən sonra düzgün qidalanmayan xanımlarda sürətli kökəlmə baş verə bilər. Bəzən idmandan yarım saat sonra yemək yeyirlər. Məşqdən minimum 2 saat sonra qidalanmaq olar. Arıq xanımlar isə məşqdən 40 dəqiqə sonra yemək yeyə bilərlər. Çünki məşq adamı acdırır, iştahı artırır. Bu isə kökəlmək üçün şansdır”.
(səs: 2)
Şərhlər: 2
Baxılıb: 3 092
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri