Sağlıqlı kilo almağın 5 VACİB ŞƏRTİ

Müəllif: YalniZ-ArZu
Şərhlər: 2
Baxılıb: 2 454
Səs ver:
(səs: 0)
1 Yemək Yemədən Keçirilən Zaman 4 Saatı Aşmasın
Bədəniniz yalnız hərəkət etdikdə deyil, hər mənada enerjiyə ehtiyac duyur. Ürəyin qan vurması, beynin çalışması, əzələlərin işləməsi və orqanizmin bütün funksiyalarının funksiyasını davam etdirə bilməsi üçün enerji şərtdir. Bunu da yediyimiz yeməklər və qidalardan əldə edərsiniz. Siz hər hansı bir öyünü yemədən vaz keçdikdə ehtiyac olan bu enerjini orqanizm, özündə olan yağlardan və daha pisi isə əzələ kütləsindən xərcləyərək əldə edir. Min bir çətinliklə əldə etdiyiniz əzələlər bu cür səhlənkarlıqlar üzündən sönməyə başlayır. Bunun qarşısını almağın ən təsirli yolu payınızı nizamlı bir şəkildə sərf edəsiniz. Sağlam kilo alma və qidalanma mövzusundakı bu sabitlik sizin üçün qızıl açar olacaqdır.

2 Eyni Anda Birdən Çox Ərzaq İstehlak Etmənizdə Fayda Var
Sağlam kilo alma planında daim ən az 3 qida qrupunu hədəf seçin. Məsələn, bir dilim tost yemək əvəzinə onunla birlikdə badam əzməsi, banan dilimləri və süd istehlak etmək daha geniş bir qida spektri əmələ gəlməsini təmin edir.

3 Doyumlu Amma Sağlam Yeyin
İntensiv qidalardan məqsədimiz əlbəttə, əlinizə keçən hər bir qidanı yemək deyil. Karbohidrat, zülal və sağlam yağlar üçün yaxşı qida dəyərlərinə sahib yeməklərdən bəhs edirik. Məsələn, qurudulmuş meyvələr bu barədə çox yaxşı bir variant ola bilər çünki qurudanda içindəki su miqdarı itir və pay%75 faiz kiçilir, amma qida dəyəri baxımından demək olar ki, eynidir. Digər qidalandırıcı və enerji verən qidalar isə yulaf, bitter şokolad və badam əzməsi digər sağlam variantlardan sayıla bilər.

4 İçəcəklər Ən Az Yeməklər Qədər Əhəmiyyətli
İçkilər, yeməklər kimi qatı qidalar olmadığından kilo almaq üçün sərf edilməsi orqanizmdə hər hansı bir şişkinlik və ya mədə pozğunluğu yaratmır. Beləliklə yeməklərdən aldığınız kalori miqdarı qədər içkilərdən də almağınız mümkün. %100 saf meyvə suları, yağsız orqanik süd, yerkökü suyu və ya müxtəlif atıştırmalık içəcəklər bu məqamda yaxşı bir alternativ ola bilər. Xüsusilə kilo aldırıcı içəcəklər və zülal tozu əlavə olunaraq hazırlanmış milkshakeler, kilo almaq üçün ideal təriflərdən.

5 Yatmadan Əvvəl Doğru Qidalanın
Biz yatarkən bədənimiz təmir və yenilənmə prosesinə girir. Xüsusilə orqanizmin intensiv şəkildə yağsız toxumu yaratması bu saatlarda təmin edilir. Bəs yatmadan əvvəl həm kilo qəbuluna təkan verəcək, həm də bunu sağlam bir şəkildə həyata keçirəcək yeyəcəklər və ya qidalar nələr ola bilər? Tam taxıllı makaron ilə keçirilən makaron salatı, sızma zeytun yağı ilə hazırlanmış salat, balaca bir kasa doğranmış və ya rəndələnmiş tərəvəzlər, toyuq sinəsi, xırdalanmış üzvi pendir və ya lobya kimi yağsız zülallar yatmadan əvvəl istehlak edilməsi lazım olan qidaların başında yer almalıdır.
(səs: 0)
Şərhlər: 2
Baxılıb: 2 454
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri