Kökəlmək istəyənlərə məsləhətlər

Müəllif: YalniZ-ArZu
Şərhlər: 3
Baxılıb: 1160
Səs ver:
(səs: 0)
Bəzi hallarda arıq insana kökəlmək kök insana arıqlamaqdan daha çətin olur.

İnsan çox yeməyə başlayır, iştah artıran preparatlar və vitaminlər qəbul edir. Lakin arzuladığı kiloqramlar artmır ki, artmır. Bu vəziyyətdə nə etmək lazımdır?

İlk növbədə terapevtin müayinəsindən keçmək lazımdır.

Bəzi xəstəliklər və pozulmalar zamanı insan normal miqdarlarda qida qəbul etsə də kökələ bilmir və əksinə arıqlayır. Bu xəstəliklər və pozulmalar arasında şəkərli diabet, tireotoksikoz (qalxanvari vəzi xəstəliyi), ağır xroniki stresslər və depressiyalar, mədə-bağırsaq sistemi xəstəlikləri, bəzi ağ ciyər və ürək xəstəlikləri, onkoloji xəstəliklər. Lazım olduqda terapevt əlavə müayinə və analizləri təyin edəcək və (və ya) pasiyenti digər mütəxəssislərin müayinələrinə göndərəcək. Əgər hər hansı xəstəlik aşkar olunarsa, xəstəyə müalicə təyin olunacaq.

Lakin heç bir ciddi pozulma və ya xəstəlik aşkar olunmazsa, arıqlığın digər səbəblərini axtarmaq lazım olacaq. İlk növbədə bu kifayət etməyən, natamam qidalanma ola bilər.

Kökəlmək istəyən insan öz qida rasionuna diqqət etməlidir. Lakin bu o demək deyil ki, insan çəkinin artırılmasına gətirən yağlı və şirin yeməklərə üstünlük verməlidir. Belə "pəhrizin" nəticəsində insan yalnnız müxtəlif pozulma və xəstəliklər "qazana" bilər.

Qida hər zaman kalorili, keyfiyyətli və xeyirli olmalıdır. Gün ərzində 5 dəfədən az olmayaraq, hər dəfə eyni vaxtda olmaqla, kifayət miqdarlarda kalorili qidalar qəbul etmək lazımdır.

Səhər yeməyi mütləqdir. Səhər yeməyi dedikdə "pendir-çörək" yox, tamdəyərli qida qəbulu nəzərdə tutulur. Bu kərə yağı əlavə olunmuş müxtəlif sıyıqlar + bişmiş yumurta və ya omlet + salat və s. ola bilər. Səhər kakao qəbul etmək yaxşıdır. Kakao çox xeyirli və kalorilidir.

Qida hər zaman zülal və karbohidratlarla zəngin olmalıdır. Bu ət, toyuq əti, balıq, yağlı süd məhsulları, ağ çörək, kartof, makaron, sıyıqlar, paxlalılar (noxud, lobya) və s. ola bilər.

Meyvə və tərəvəzlər, meyvə və tərəvəz şirələri (orqanizm onları yaxşı qəbul edirsə) və salatları, südlü-meyvəli kokteyllər qida rasionunuzda daim olmalıdır.

Tortlar, pirojnalar, milli şirniyyatlarımız (paxlava, şəkərbura və s.), mayalı və qat-qat xəmirdən hazırlanmış piroqlar, bulkalar, pirojki, blini xama ilə və s. çox kalorilidir və onalrın qəbulu çəkinin artmasına gətirib çıxarır. Lakin bu qidalardan "süi-istifadə etmək" olmaz ki, bu səhhətinizə mənfi təsir edə bilər.

Qoz-fındıq da çox xeyirli və kalorili qidadır. Bu səbəbdən hər gün 1-2 ovuc qoz-fındıq yemək olar.

Axşam yeməyi mütləq tamdəyərli olmalıdır. Yaxşı olardı ki, bu ət yeməyi olsun. Axşam yeməyi yatmazdan 2 saat əvvəl olmalıdır.

Kökəlmək istəyən insan kifayət qədər yatmalı və dincəlməlidir, gün ərzində 1,5-2 saat açıq havada gəzməlidir.

Mayenin kifayət miqdarda qəbulu da çox vacibdir. Lakin mayeni qida qəbulundan əvvəl içməyin, bu halda siz daha az qida qəbul edə bilərsiniz. Qida qəbul etdikdə ən kalorili yeməkdən başlamaq lazımdır, salatı isə qida qəbulunun axırına saxlayın. Duru suplara və bulyonlara yox, daha qatı və kalorili toyuq və ət souslarına üstünlük verin.

Fiziki gərginliklər kökəlmək istəyən insanlara yaxşı kömək edir. Üzgüçülük, rəqslər, aerobika, fitneslə məşğul olan insanın əzələ toxuması artır və bu bədənin həcminin artmasına gətirir. Arıq ayaqları və qolları olan insanlara trenajorlarda xüsusi məşqlər yaxşı kömək edə bilər.

Həkimin təyini ilə vitamin-mineral kompleksləri, xüsusi iştahanı artıran preparatları qəbul etmək olar. Ədviyyatlar (istiot, sarıkök, darçın və s.) iştahanı artırır və bu səbəbdən qidaların hazırlanması zamanı ədviyyatlardan geniş istifadə edin.
(səs: 0)
Şərhlər: 3
Baxılıb: 1160
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Şərh sayı: 4773
Xəbər sayı: 155
_Mrs_
Diqqət! Sizdə gizli mətnin baxışı üçün hüquq yoxdur.
1 fevral 2018 00:33
3
İt yatıb at kölgəsində,elə bilir öz kölgəsidirwink
Şərh sayı: 10331
Xəbər sayı: 340
Qlamurr
Maraqlı xeberdi,bu problemləri yaşayan insanlar çoxdur. Twk.
31 yanvar 2018 14:35
2
Ədəbim əl verməz ədəbsizlik edənə,susmaq ən gözəl cavab ədəbi əldən gedənə.......
Şərh sayı: 10860
Xəbər sayı: 307
Totu
Ehtiyacim yoxdu tesekkurler canim
31 yanvar 2018 13:30
1

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Qadın testləri