Sürətli və sağlam kökəlmək istəyənlər üçün məsləhətlər

Müəllif: YalniZ-ArZu
Şərhlər: 7
Baxılıb: 1852
Səs ver:
(səs: 1)
Dünyada köklükdən əziyyət çəkənlər olduğu kimi, həddən artıq arıq olduğu üçün 4-5 kilo kökəlmək istəyənlər də var. Ancaq onların işi arıqlamaq istəyənlərdən daha çətindir. Çünki onlar nə qədər yağlı, karbohidratlı qidalar qəbul etsələr də, kökəlmirlər.

Belə insanlar mütləq diyetoloqa müraciət etməlidirlər. Həmçinin həkim müayinəsindən də keçmək lazımdır. Çünki arıqlığın səbəbi müxtəlif xəstəliklər ola bilər.

Ancaq arıq olmağınızın səbəbi xəstəlik deyilsə, o zaman diyetoloqun xüsusi olaraq hazırladığı pəhrizlə sağlam şəkildə kökələ bilərsiniz.

Kökəlməyinizə kömək edəcək qidalar:

Çərəzlər
Ofisinizdəki stolun üstünə, çantanıza, avtomobilinizə, evinizin müxtəlif yerlərinə kiçik bir qabda çərəz qoyun. Çərəzlərin kalorisi çox yüksəkdir, həmçinin vitamin və minerallarla da zəngindirlər. Gün ərzində 1-2 ovuc çərəz yeyərək həm sağlam qidalanarsınız, həm də enerjinizi yüksəldərsiniz.

Süddən hazırlanmış desertlər
Yeməkdən bir müddət keçdikdən sonra südlü desertlər yeməyiniz məsləhətdir. Süddən hazırlanmış desertlərin tərkibində bol miqdarda zülal və kalsium var. Bu tip qidalar kökəlmək üçün lazım olan enerjini ehtiva edir. Belə desertlərin üzərinə qoz, fındıq, fıstıq kimi yağlı çərəzlər əlavə etsəniz, işinizi daha da asanlaşacaq.

Çay əvəzinə meyvə suyu için
Səhər yeməyi zamanı çay və ya qəhvə əvəzinə evdə özünüzün hazırladığı təbii meyvə suyu için. Beləliklə, səhər yeməyində daha çox kalori qəbul etmiş olarsınız. Təzə sıxılmış meyvə suları vitamin anbarıdır, immunitet sistemini gücləndirməyə kömək olur.

Siqareti tərgidin
Kökəlmək və ya ideal çəkidə qalmaq istəyirsinizsə, siqareti tərgitməlisiniz. Çünki siqaret iştahanı azaldır və siqaretdəki nikotin maddəsi həzm sistemini sürətləndirir. Bu səbəbdən siqaret çəkən insanların kökəlməsi çox çətindir.

Çox su içməyin
Gündəlik 1,5-2 litrdən artıq su içməməyə çalışın. Həddindən artıq su içdikdə bu toxluq hissi yaradır, daha az yeməyinizə səbəb olur. Əsas yeməkdən əvvəl içdiyiniz şorba miqdarını da azaldın.

Qəlyanaltı etməyi unutmayın
Gün ərzində bol miqdarda kalsium və zülal qəbul etməyə çalışın. Bunun üçün gün ərzində 2-3 stəkan süd içmək və ya qatıq yemək lazımdır. Südə və ya qatığa bal, mürəbbə kimi kalorisi bol olan ləzzətli qidalar əlavə edin.

Qazlı içkilərdən uzaq durun
Kola kimi qazlı içkilər əvəzinə evdə hazırlanan limonad, müxtəlif meyvə suları və kompotlar için. Beləliklə sağlam qidalanarkən kökəlmək üçün sizə lazım olan mineralları və vitaminləri qəbul etmiş olacaqsınız.

Doğru yağlardan istifadə edin
Kökəlmək bol yağlı yeməklər yemək heç də doğru qərar deyil. Sadəcə təbii şəkildə qidaların tərkibində olan yağlar həm sağlamlığınız, həm də kökəlməyiniz üçün yararlı ola bilər. Kökəlmək istəyirsinizsə, kərə yağından və zeytun yağından istifadə edin.

Yemək yediyiniz məkan çox önəmlidir
İştahaya psixoloji məqamlar təsir edə bilər. Odur ki, stressli şəraitdə iştahanız azala bilər. Buna görə də yeməyinizi havası təmiz, daha az əşyanın olduğu məkanda yeyin. Bunun üçün açıq havada olan restoranlar və evinizin bağçası daha uyğundur. Bağçanız yoxdursa, yemək otağınızı yaşıl bitkilərlə bəzəyin.

Yeməyin yanında içki içməyin
Yemək yeyərkən eyni zamanda içki və ya su içmək toxluq hissi yaradır. Beləliklə daha az yeyirsiniz. Ona görə də kökəlmək istəyənlər suyu və ya içkini yeməkdən 30-45 dəqiqə öncə və ya sonra içməlidirlər.

Salat yeməyi unutmayın
Salatlar sizə lazım olan lif, vitamin və mineralları qəbul etməyiniz üçün lazımdır. Salatınızı müxtəlif qidalarla zənginləşdirməli və kalori dəyərini artırmalısınız. Bunun üçün salata qoz, zeytun yağı, pendir və zeytun əlavə edə bilərsiniz.

İdmanla məşğul olun
Elə bilirsiniz ki, idmanla ancaq arıqlamaq istəyənlər məşğul olmalıdır? Yox, kökəlmək istəyənlər də sağlam və xoşbəxt həyat üçün idmana vaxt ayırmalıdırlar. Bunun üçün bir mütəxəssisdən kömək alaraq sizin üçün uyğun olan idman növünü tapmalısınız.

Kalorisi çox olan qidalar yeyin
Mədədə çox yer tutmayan, amma kalori dəyəri yüksək olan qidalar qəbul etmək kökəlməyə kömək edir.
(səs: 1)
Şərhlər: 7
Baxılıb: 1852
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Şərh sayı: 607
Xəbər sayı: 1
guzellik
Sitat: YalniZ-ArZu
Kokelmek istemirem,ariqlamayim besimdi :))
25 yanvar 2018 21:14
7
sade semimi merbandan kino medcezir
Şərh sayı: 15091
Xəbər sayı: 6883
YalniZ-ArZu
Kokelmek istemirem,ariqlamayim besimdi :))
24 yanvar 2018 23:57
6
Gözümüz bağlı güvəndiyimiz insanlar, yaxşı niyyətimizin içinə zibili yığanda, bizə də hər münasibətə üz verməyib, hər mundarın sözünə aldanmamaq qalar. 08
Şərh sayı: 8494
Xəbər sayı: 279
❤Nilay❤Canan❤
Sitat: adsiz-a
Menlik deyıl bu xeber,eksine 3-4kq ceki atmaq isterem.Arığlamaq isteyenler oxuyun faydalanın
24 yanvar 2018 18:49
5
Şərh sayı: 16533
Xəbər sayı: 1522
Tomris Müslümova
Diqqət! Sizdə gizli mətnin baxışı üçün hüquq yoxdur.
24 yanvar 2018 18:39
4
Mənim olan bu heart səni çox sevir!!!
Şərh sayı: 5884
Xəbər sayı: 513
adsiz-a
Menlik deyıl bu xeber,eksine 3-4kq ceki atmaq isterem.Arığlamaq isteyenler oxuyun faydalanın
24 yanvar 2018 16:19
3
Şərh sayı: 5652
Xəbər sayı: 13
ayka95
Kökelmek isdeyenler yararlana biler
24 yanvar 2018 15:33
2
Şərh sayı: 80598
Xəbər sayı: 30
BARBI
koklemek ucun bol kalorili ve xemir isleri yeyin
24 yanvar 2018 12:11
1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Qadın testləri