Kökəlmək istəyənlərə

Müəllif: Ani Guseynova
Şərhlər: 7
Baxılıb: 2 711
Səs ver:
(səs: 1)
Dietoloqların bu tövsiyələrinə əməl edərək sürətlə və sağlam şəkildə çəki alaraq, arzuladığınız bədənə sahib olacaqsınız.


1. Kalorilik dərəcəsi yüksək olan qidalar yeyin

Arıqlamaq istəyənlər yedikləri qidaların kalorilik dərəcəsinə çox fikir verirlər. Siz isə bunun tam əksini etməlisiniz. Səhər yeməyinizdə yağ, pendir, bal, ağ çörək kimi kalorisi yüksək qidalar yeyin. Növbəti yeməklərinizdə də çəki artıran, kalorisi yüksək qidalar yeyin və beləliklə qısa müddətdə çəki alacaqsınız.


2. Kalori dəftəri tutun

Yüksək kalorili qidaları bir siyahıda birləşdirin və daima görə biləcəyiniz bir yerə asın. Bu siyahıdan sevdiyiniz yeməklərdən ibarət axşam yeməyi hazırlayın.


3. Az hərəkət edin

Hərəkət edə bilmək üçün enerjimizi yeməkdən alırıq. Yeməklər sayəsində bədənimizi gündəlik etməsi gərəkən işlər üçün enerji istehsal etmiş olur. Yəni qida bədənin yanacağıdır. Yüksək kalorili yemək qəbul edim, az hərəkət etdiyimizdə, bu aldığımız kalorilər yandırılmır və vücudumuzda yağ olaraq depolanır.


4. Kalori alma miqdarını artırın

Gündəlik diet listinize qəbul etməli olduğunuz kalori miqdarına 500 kalori də əlavə edin. Normal yeməyinizi yeyin və bundan əlavə, ara yeməklərdə kalorisi yüksək məzələr qəbul edin. Bu şokolad və ya qoz-fındıq kimi məzələr də ola bilər.


5. Meyvə suları çəkini artırır

Çəki almaq istəyənlər mədələrində
problem yoxdursa bitirdiyi qidalara qazlı su da əlavə edə bilərlər. Qazlı suları sevmirsinizsə, meyvə sularıda işinizə yarayacaq. Meyvə sularının tərkibinə şəkər daxil olduğu üçün, yüksək kalorilidirlər və sağlam şəkildə çəki almağınıza köməkçi olurlar. Gündəlik olaraq portağal suyu, limonad və ya sıxıb hazırlayacağınız tərəvəz və meyvə sularını içmək, sizə qısa müddətdə çəki almağa kömək edəcək.


6. Gec saatlarda yemək yeyin

Dietoloqlar arıqlamaq istəyənlərə axşam saat 7-dən sonra yemək yeməməyi məsləhət görürlər. Çəki almaq istəyənlər da bu xəbərdarlığı nəzərə alıb, axşam yeməklərini gec yeməlidirlər. Gecə yuxuda hərəkətsiz bir mövqedə olduğumuzdan gec saatlarda yedikləriniz sizə əlavə çəki olaraq geri dönəcək. Təzyiq və ya hər hansı bir sağlamlıq probleminiz yoxdursa, gec saatlarda pendirli makaron, sütlaç, ətli plov kimi kalorisi yüksək karbohidratlı yeməklər yeyə bilərsiniz.


7. Proteinlə zəngin qidalar tükədin.

Çəki almağı çox istəyirsinizsə, aldığınız zülal miqdarını artırın. Zülalların da kalorisi yüksək olanları seçim edin. Süd, pendir, çörək, makaron kimi zülallar yüksək kalorili və yüksək zülal tərkibli qidalardır. Zülal yüksək olub, hər mətbəxdə tapıla biləcək qida siyahısı bu şəkildədir:


pendir
fıstıq əzməsi
balıq və ev heyvanları
paxla, mərcimək və digər paxlalılar
çörək və makaron kimi dənli bitkilər
qoz-fındıq


8. Yağlı qidalar yeyin

Çəki vermək istəyən şəxslər yağlı yeməklərdən çəkinir, çəki almaq istəyənlərə təklifimiz bunun tam tərsini etməkdir. Yeməklərinizdə zeytun yağı və kərə yağı nisbətini artırın.


9. Süd için

Südü sevirsinizsə, böyük stəkanda şokoladlı süd sizə yüksək kalori gətirəcək. Yalnız süd deyil, milkshake’lər də, xüsusilə meyvəli olanları yüksək kalori ehtiva edirlər.
(səs: 1)
Şərhlər: 7
Baxılıb: 2 711
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri