DİET (PƏHRİZ) ANA SÜDÜNÜ AZALDIRMI?

Müəllif: Mr. OffiCeR
Şərhlər: 2
Baxılıb: 4 965
Səs ver:
(səs: 0)

Diyet Ana Südünü Azaldarmı? 

 

Doğumdan sonra kilo vermək üçün etdiyimiz diyetlər körpəniz  üçün nə qədər uyğundur bilirsinizmi ?

 

Əmizdirərkən balanslı bəslənən və kafi maye alan ana, altı ay sonunda doğumda aldığı kilolardan xilas olar.

 

 

 

ƏMİZDİRƏRKƏN KİLO VERİLƏR

 

Doğum sonrası kilo vermə sürəti və zamanı əslinə hamiləlikdə alınan kiloyla əlaqədardır. Hamiləlik dövrünü 9 - 12 kq alaraq normal tamamlamış bir ana, ilk altı ayın sonunda balanslı bəslənmə və təsirli süd vermə sonunda normal kilosuna qovuşa bilər. Ancaq hamiləlik dövründə 18 - 30 kq kimi həddindən artıq kilo almış anaların normal kilosuna dönməsi daha uzun zaman alacaq

 

 

 

Əmizdirərkən balanslı bəslənməli

 

Əmizdirmə dövründə ana hər gün təxminən 6 -7 çay stəkanı yəni 700 ml süd ifraz edər. Bunun üçün hər gün 500 -700 kalori xərcləyər. Bu kalori itkisi bir saat orta səviyyədə məşqə bərabər  dəyərdir. Bu səbəblə əmizdirərkən balanslı bəslənən və kafi maye alan  ana, əgər doğumu normal kilo artımıyla bitirdisə altı ay sonunda doğumda aldığı çox kilolardan xilas olur.

 

Təklifim, ananın bir bəslənmə və diyet mütəxəssisi ilə görüşməsi, görüşə getmədən əvvəl bir həftə boyunca yediklərini və körpəsini əmizdirdiyi zamanları qeyd etməsi. Çünki süd səmərəsi və bəslənmə əlaqəsi çox əhəmiyyətli.

 

 

 

Aşağı kalorili diyet etməyin

 

Sürətli kilo itkisi üçün edilən aşağı kalorili diyetlər ananın südünü azaldar. Xüsusilə karbonhidrat və zülaldan kasıb bəslənmə, ananın südünü azaldar. Zülal və kalsium baxımından zəngin süd, qatıq, pendir, yumurta ana üçün çox əhəmiyyətlidir ayrıca hər gün mütləq ət - toyuq və ya balıqdan birini istehlak etməlidir.

 

 

 

Südü az olan ana nə etməli

 

Südü az olan ananın bəslənməsi daha diqqətli nəzərdən keçirilməlidir. Bəslənmədə mütləq beş təməl qrupdan qidalar olmasına diqqət yetirilməlidir.

 

Elmi olaraq süd səmərəsini çox artıracaq tək başına heç bir qida müəyyən olunmamışdır ancaq fərdi təcrübəsi olanlar bu mövzuda tövsiyələrdə tapıla bilər.

 

Südün artması üçün ananın dinc, istirahət etmiş, yuxusunu almış olması da əhəmiyyətlidir.

 


 
Tərcümə etdi: PRETTY GİRL
 
Redakte etdi: PRETTY GİRL
(səs: 0)
Şərhlər: 2
Baxılıb: 4 965
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri