Çəki atmağa kömək edən 4 ərzaq

Müəllif: Son Bahar
Şərhlər: 4
Baxılıb: 3 876
Səs ver:
(səs: 0)
Artıq miqdarda qida qəbul etməyin qarşısını almaq və çəkinizi normada saxlamağa nəfsiniz və bir sıra ərzaq kömək edə bilər.

Yaşıl çay
Florida Universitetinin apardığı araşdırmalar göstərmişdir ki, qarında piy qatı nə qədər çox olsa, iştaha təslim olmamaq bir o qədər çətin olacaq. Bu nahiyədə piy qatını azaltmağa isə yaşıl çay kömək edəcək. Tərkibindəki catechin maddəsini köməyi ilə, bu içki metabolizmi sürətləndirəcək və piy qatını əridəcək.

Popkorn
İnandırıcı olmasa da, bu məzə iştahı qaçırır və yuxu keyfiyyətini yaxşılaşdırır. Popkornun tərkibində olan karbohidratlar serotin ifrazına gətirib çıxarır və beləliklə, sakitlik və dinclik hissi verir. Narahat olmayın, duzsuz, yağsız və karamelsiz popkornun kalori dəyəri də yüksək deyil.

Avokado
Bir çox insanlar, yağların insan orqanizmi üçün zərərli olduğunu hesab edir və yanılır. Yağlar insan orqanizmi üçün vacibdir, lakin yağ mənbələrini düzgün seçməliyik. Ən yağlı tərəvəz sayılan avokadonun üzərində aparılan araşdırmalar göstərmişdir ki, nahardan öncə yeyilən avokado növbəti saatlar ərzində aclıq hissini 40% azaldır.

Banan
Aromaterapevtlər tərəfindən sübut olunmuşdur ki, banan qoxusu aclığı basdırır. Bundan əlavə, banan depressiyanı aradan qaldırır və enerji ehtiyatı ilə təmin edir.
(səs: 0)
Şərhlər: 4
Baxılıb: 3 876
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri