Çəkinizin artmasının səbəbi bağırsaqlarınız ola bilərmi?

Müəllif: Barbaris
Şərhlər: 3
Baxılıb: 1 594
Səs ver:
(səs: 0)
Bağırsaqlar son zamanlar ən çox danışılan mövzulardandır. Daxilində yaşayan trilyonlarla bakteriya olduğunu bilirik yəqin ki. Bu bakteriyaların bir qismi xeyirli, bir qismi isə zərərlidir.

Araşdırmalar göstərir ki, bağırsaqlardakı bakteriyalar təkcə həzm sisteminə kömək etmir. Nə qədər təəccüblü olsa da, onların obezitəylə də əlaqəsi olduğu deyilir.

İstifadə etdiyimiz qidalar bağırsaqlarımızda yaşayan bakteriyalarla təmasa keçir. Təbii olaraq, hansı qidaları daha çox istifadə edirsizsə bağırsaqlarınızda onların həzminə kömək edən bakteriya sayı da artır. Məsələn, Prevotella adında bir bakteriya növü lif və karbohidratların həzminə kömək edərkən, Bacteriodetes növü heyvansal protein və yağların həzmində rol oynayır. Əgər heyvansal protein və yağdan daha çox istifadə edirsinizsə demək ki, bağırsaqlarınızda daha çox bacteriodetes var.

Aparılan araşdırmalar bu iki bakteriya növünün dieta saxlayarkən nə qədər kilo verə biləcəyinizə təsir etdiyini sübut etmişdir. Bir araşdırmada 62 adama 26 nəftə boyunca yüksək lifli, tam taxıl dietası verilmiş və bağırsaqlarında daha çox Prevotella olanın, bağırsaqlarında daha çox Bacteroidetes olanlara nisbətən 2.3 kq daha çox yağ itirdiyi müşahidə olunmuşdur.

Tədqiqatlar göstərir ki, obez olan insanların bağırsaqlarında bakteriya növləri normal insanlaran daha azdır. Təəccüblü məqam odur ki, obez insanlardan götürülən bakteriya növlərini siçanların bağırsaqlarına əlavə olunması onların da kilo alması ilə nəticələnmişdir.

Bağırsaq mikrobiotamızın bir digər rolu da qidalardan enerji almaqdır. Sözügedən bakteriya növlərindən biri olan Firmicutes (zərərli növdür) miqdarının 20% artması, aldığımız enerjinin 150 kalori artmasına səbəb olur. Yəni, eyni qidalardan istifadə edən amma bağırsaq strukturu fərqli olan insanlar yeməklərdən fərqli enerji əldə edə bilərlər.

Obez xəstəliyindən əziyyət çəkən insanlarda firmicutes miqdarı çox olur və bu, onların daha da çox kilo almağına səbəb olur. 150 kalori az kimi görünsə də, hər gün 150 kalorilik artım ildə 7-8 kilo deməkdir
(səs: 0)
Şərhlər: 3
Baxılıb: 1 594
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri