Gözəl Qamət Fermenti

Müəllif: Mr. OffiCeR
Şərhlər: 1
Baxılıb: 4 600
Səs ver:
(səs: 0)

Gözəl Qamət Fermenti

 

Ananas ye və arıqla! Ananasın tərkibindəki bromelayn arıqlamağa təsir göstərir. Ananas pəhrizi həm dadlıdır, həm də təsirli. Bu ekzotik meyvədəki bromelayn piyin əriməsinə və mədənin işinin yaxşılaşmasına yardım edir. Təbii piy əridicisi olan bromelayn cavanlaşdırıcı effektə də malikdir. Arıqlamaq üçün yalnız yetişmiş meyvələri seçmək lazımdır, tam yetişməyənlər əksinə, iştahı daha da gücləndirir. Bunu da bil ki, fiziki hərəkətlər etmədən arzuladığın nəticəyə nail olmaq çətindir.PƏHRİZ CƏDVƏLİ Nahar Şam 1-ci gün qaynadılmış düyü, karri ədvası ilə ananas (100 q), 50 q kəsmik, 2 qaynadılmış kartof 2-ci gün doğranmış ananasla 1 porsiya qızardılmış toyuq üzərinə 1% – li yoqurt əlavə edilmiş salat (balıq, ananas, xiyar) 3-cü gün duru yağ qatılmış salat (ananas, bibər, pomidor) 100 q qaynanmış hind toyuğu, 2 dilim çovdar çörəyi, 100 q ananas 4-cü gün 1% – li yoqurt qatılmış salat (ananas, toyuq əti, portağal kərəvizli tərəvəz şorbası, 100 q ananas 5-ci gün istənilən içlikli qat-qat xəmirdən 2 kökə 2 xörək qaşığı qaynanmış düyü ilə qarışdırılmış ananas Qida rejiminə riayət et Ananas pəhrizi 5 günə 3 kq-dan azad olmağa kömək edəcək. Şərtləri asandır. Pəhriz zamanı iki litrdən az olmayaraq su və ya ot çayı içməli və qida rejiminə ciddi riayət etməlisən (gündə 4 dəfə). Rasion 2 səhər yeməyi, nahar və şamdan ibarətdir. Yemək arası isə bir dilim ananas yeməlisən. Səhər yeməyi hər gün üçün eynidir Birinci: 2 çay qaşığı yulafı 100 q yağsız yoğurtla və 200 ml ananas şirəsi və ya püresi ilə qarışdır. İkinci: qaynadılmış yumurta, siyənək balığı ilə buterbrod. Ananası dilimlərə necə ayırmaq olar? Ananasın yetişmiş olub-olmadığını bilmək üçün onu əlinə al və yaşıl yerini as-taca fırlat. Asan fırlanarsa, demək, yetişib. Dilimlərə ayırarkən birinci yarpaqlarını kəs, sonra uzununa qabığını soy. Ortadan böl və içindəki bərk özəyini çıxar. Ehtiyatlı olun: turşu! Ananas aclıq hissini boğmaq xüsusiyyətinə malikdir. 100 q ananasda 48 kkal var. Ananası yedikdən sonra ağzınızı yaxalayın, çünki tərkibindəki turşu dişlərin minasını dağıdır. Pəhriz yüksək turşuluğu və mədə yarası olanlara qadağandır.

 

Redakte etdi: PRETTY GİRL

(səs: 0)
Şərhlər: 1
Baxılıb: 4 600
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri