Anam arıqlayır… [Dietoloqla müsahibəmiz]

Müəllif: Mr. OffiCeR
Şərhlər: 1
Baxılıb: 3 933
Səs ver:
(səs: 0)

Anam arıqlayır… [Dietoloqla müsahibəmiz]

 Analıq sevincinə qovuşar-qovuşmaz gənc ana əvvəlki bədən ölçülərini qaytarmağın yollarını axtarır. İndi gözəl görünüş həm də, doğuş sonrası depressiya ilə də mübarizə vasitəsidir. Bəzən ana doğuşa qədər 20 kq yaxın çəki alır. “Hamilə qadın 2 nəfərin əvəzinə yeməlidir“ fikrini özünəməxsus tərzdə yozan ana çəki üzərinə çəki gətirir. Bəs normalda hamilə qadının çəki artımının dinamikası necə olmalıdır? Kubrelə görə(1987)bu aşağıdakı qaydada baş verməlidir:

 
Hamiləliyin müddəti (həftə) Bədən çəkisinin artımı (kq)
1-12 0
13-20 2.4
21-24 1.5
25-28 1.9
29-32 2.0
33-36 2.0
37-40 1.2
ÜMUMİ 10-12
 
İsveç tədqiqatçılarından İvon Linin hesab edir ki, hamiləlik zamanı pəhriz saxlamaq qadağan olsada , düzgun qidalanmaq mütləqdir. 2342 nəfər hamilə qadın arasında aparılan tədqiqat nəticəsində bəlli olub ki, 9 ay müddətində 16 kq-dan az çəki yığanlar , doguş sonrası 1,4 , daha artıq yığanlarsa 5,5 kq çəki saxlayırlar. Bəzi analarsa doğuşdan dərhal sonra çəki almağa başlayırlar. Alman alimləri isə əmin edirlər ki, doğuşdan 6 ay sonra ana arıqlamaq barədə düşünmürsə, sonrakı aylar ərzində arıqlamaq çətinlik törədəcək. Odur ki, 1 il ərzində çəki ilə bağlı problemlər aradan qaldırılmalıdır. Ümumiyyətlə gün ərzində orqanizmə daxil olan kalori 1500-2000 kkal arası dəyişməlidir. 4 saatlıq fasilə ilə 4-5 dəfə qida qəbulu tövsiyyə olunur. Artıq doguşdan 1 ay sonra fiziki məşğələlər yol veriləndir.
Bəs dietoloqlar nə düşünür? Onlar artıq çəkidən azad olmaq istəyən analara nə tövsiyyə edirlər? Suallarımızı dietoloq Şəhla Məmmədovaya ünvanladıq.
Qadinlar.Biz- Şəhla xanım razılaşarsız ki, hamiləlik sonrası qazanılan çəki sonradan ana üçün əsl problemə çevrilir…
Şəhla Məmmədova- Qadın hamiləlik zamanı və ondan sonra da çəkisini nəzarətdə saxlamalıdır. Unutmamalıdır ki ,bu zaman alınan artıq çəki onu cox incidəcək. Odur ki , 2 nəfərin əvəzinə deyil, 2 nəfərə lazım olan qədər yeməlidir.
Qadinlar.Biz- Bəzi analar doğum evindən çıxan kimi pəhriz barədə düşünürlər…
Şəhla Məmmədova- Çox səhv yanaşmadır. 6 ay ərzində ancaq şişlər çəkilir. Bu müddət ərzində isə dietalar seçilməli, mərhələli arıqlama üsulları aranmalıdır. Unutmaq olmaz ki, orqanizmi yükləmək fəsadlarla nəticələnə bilər. Axı hamiləlik zamanı onsuzda qadının orqanizmində bir sıra dəyişikliklər gedib.
Qadinlar.Biz- Normal çəki itkisi nə qədər olmalıdır?
Şəhla Məmmədova- Xanımlarımız elə bilirlər ki, onlar ac qalmaqla arıqlayacaqlar. Əziz xanımlar! hətta siz həftədə 5-7 kq arıqlasanızda, növbəti həftələrdə 2 dəfə artıq çəki qazanacaqsınız. Optimal çəki itkisi ay ərzində 2-3 kq olmalıdır. Qoy analar gündəlik tutaraq cəki artımının qeydiyyatını aparsınlar. Düzgun qidalanma, fiziki hərəkətlər və arıqlamaq istəyi öz bəhrəsini verəcək. Mən bu yolda xanımlarımıza səbr, səbr və yenə də səbr arzulayıram.
Qadinlar.Biz- Şəhla xanım , arıqlamaq istəyən xanımlarımız menyularından hansı qida məhsullarını çıxartmalıdırlar?
Şəhla Məmmədova- Zülallar və yağlarla zəngin olan məhsulları, un məmulatlarını və şirniyyatı... Əlbəttə ki, arıqlamaq istəyirlərsə. Birdəki , ağıllı qidalanmaqla pəhrizsiz də formada qalmaq olar
Qadinlar.Biz- Saytımızın analarına son sözünüz?
Şəhla Məmmədova-  Sağlam fikirli ana olsunlar, Vətənimizə layiqli igid oğlanlar və mətanətli qızlar  böyütsünlər. Sizə və saytınıza uğurlar arzu edirəm. Hər şeyin əvvəli sağlamlıqdır. Hamınız sağlam olun.
Redakte etdi: PRETTY GIRL
(səs: 0)
Şərhlər: 1
Baxılıb: 3 933
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri