Tina Kandelakiden ekspres dieta

Müəllif: YalniZ-ArZu
Şərhlər: 4
Baxılıb: 2 368
Səs ver:
(səs: 1)
Çəki atma – 3 kq, müddəti – 3 gün
Yaxşı görünmək üçün ulduzlar böyük zəhmət sərf edirlər. Və Tina Kandelaki də bu mənada istisna deyildir. Zaman olub ki, o, kifayət qədər kökəlmiş olub, lakin sadəcə möhtəşəm görünür. Boyunun 167 sm olduğu halda onun çəkisi cəmi 52 kq-dır. Və bütün bunlar hamısı daima öz üzərində çalışmanın və böyük zəhmətin nəticisidir.

Tinanın özü də belə hesab edir ki, o kökəlməyə doğru meyllidir və buna görə də daima diqqətlə öz çəkisinə nəzarət etməlidir. Həyatının müxtəlif dönəmlərində o müxtəlif məşhur dietalardan istifadə edib və hətta məşhur dietoloqların nəzarəti altında da arıqlayıb. Lakin tədricən o özünün qidalanma sistemini hazırlayıb ki, bu ona daimi olaraq öz çəkisini saxlamağa və həmişə enerjili və cazibədar olmağa imkan verir.

O çörək, xəmir, kartof kimi ərzaqlardan imtina etmək məcburiyyətində qalıb. Onun menyusunda böyük həcmdə meyvə və tərəvəzlər, yumurta, buxara verilmiş balıq, aşağı kalorili çörək qurusu vardır. Tina Kandelaki ət məhsullarından istifadə etməməyə çalışır, onları balıq və dəniz məhsulları ilə əvəz edir. Eləcə də ulduz xanım tez-tez, lakin az-az porslarla qidalanmağa çalışır. Məhz belə qidalanma nəticəsində piy qatlarının yaranması baş vermir.

Qidalanmada şirniyyat bal və meyvə qurusu ilə əvəz edilir. Hərdən Tina özünə acı şokolad qəbul etməyə icazə verir. Həmçinin Tina geceler yeməməyə çalışır.

Qidalanmada pozuntular baş verəndə Tina Kandelaki birgünlük arıqlama günüdən istifadə edir: alma və ya qarpızla.

Tez bir zaman ərzində arıqlamaq üçün Tina kandelaki üçgünlük dietadan istifadə edir ki, bu müddət ərzində asanlıqla 3 kq çəki atmaq mümkündür.

Tina Kandelakidən zəncəfil çayı ilə ekspress dieta menyusu
1 gün– 5 əd. alma. Fasilələrdə yaşıl çay və ya zəncəfil çayı içmək lazımdır /arıqlamaq üçün zəncəfil dietası/;

2 gün– 5 dəfəlik qəbula bölünmüş qarabaşaq sıyığı. Fasilələrdə zəncəfil çayı;

3 gün– axşamdan buxara verilmiş və bişirilmiş düyü sıyığı və zəncəfil çayı.

Sıyıqları qəti şəkildə duzlamaq olmaz, əks halda Tina nəticəyə heç bir zəmanət vermir!

Eləcə də bulaq suyu içmək olar.

Dieta kifayət qədər sərtdir, lakin gözəl görünmək üçün üç günü qurban vermək olar. Bundan əlavə belə dieta orqanizmi təmizləməyə və qida həzmini tənzimləməyə imkan yaradır.
(səs: 1)
Şərhlər: 4
Baxılıb: 2 368
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri