Pyer Dükanının Kral Pəhrizi

Müəllif: Mr. OffiCeR
Şərhlər: 1
Baxılıb: 7 821
Səs ver:
(səs: 0)
Keyt Middltonun toy qabağı arıqladığı metodika məlum oldu. Fransız həkim Pyer Dükanın pəhrizi Qərbdə artıq çəkidən xilas olmanın ən effektiv üsulu hesab olunur. Dükanın metodikasını Penelopa Krus, Karla Bruni, Cenifer Lopes kimi ulduzlar riayət edir və məhz Dükan Şahzadə Uilyamın nişanlısı Keyt Middltona toy üçün bədən formasını ideal şəklə salmağa kömək etmişdir.
Bu pəhrizin əsas xüsusiyyəti - tərkibində az miqdarda karbohidrat olan məhsullardır. Bu cür məhsullar təkcə bədənin çəkisini azaltmır, həm də orqanizmi cavanlaşdırır.
Pəhrizin 5 gün davam edən ilk dövründə yalnız vələmir (yabanı dənli bitki növü), su, yağsız vetçina, cücə əti (dərisiz), balıq, dniz məhsulları, yumurta və yağsızlaşdırılmış süd məhsulları qəbul etməyə icazə verilir. Şəkər və yağlı ət növü rasiondan çıxarılır. Bu, bağırsaq sistemini təmizləməyə və lazımi kalori defisitini yaratmağa kömək edir.
Pəhrizin 2 həftə davam edən ikinci etapında icazə verilən məhsullara çiy və qaynadılmış tərəvəzlər əlavə olunur (kartof, avokado, mərci, noxud, lobya və digər nişasta tərkibli məhsullar istisna olmaqla).
Üçüncü etapda rasiona meyvələr (gilas, banan, üzümdən başqa) də əlavə olunur. Kartof və lobyalı bitkilərin istifadəsinə d icazə verilir. Bu etapın müddəti neçə kilo itirmk istdiyinizdən asılıdır. Adətən üçüncü etap 3-5 gün davam edir.
Pəhrizin son etapında (bu etap sonsuza qədər davam edə bilər) emal olunmuş qidadan (müxtəlif çips, sosis, kolbasa, və s.), şirniyyatdan və qazlı sudan başqa ürəyiniz istədiyi qidanı qəbul etməyinizə icaz verilir. Əldə olunmuş nəticəni möhkəmləndirmək üçün, Dükan aşağıdakı qaydalara riayət etməyi məsləhət görür: həftədə bir gün birinci etapın menüsua uyğun qidalanmaq, hr gün 20 dəqiqəlik piyada gəzintiyə çıxmaq, müntəzəm olaraq 3 xörək qaşığı kəpək yemək.
Redakte etdi: PRETTY GIRL
(səs: 0)
Şərhlər: 1
Baxılıb: 7 821
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri