Sağlam və uzun müddətli ömürləri ilə tanınan Pioppi xalqının tətbiq etdiyi pəhrizi sizlər üçün araşdırdıq. Məhz Pioppi pəhrizi və tətbiq etmə qaydası Qadinla.com-un bu məqaləsində.
Dünya miqyasında ən sağlam kənd kimi tanınan Pioppi xalqı, İtaliyanın ən uzun ömürlü insanların yaşadığı yerlərdəndir. Sağlam və uzun bir ömrün mühüm addımı isə keyfiyyətli qidalanma proqramından keçir.
Pioppi pəhrizini edərkən günün başlanğıcında bir xörək qaşığı qədər sirkə işlətmək lazımdır.
Pioppi Pəhrizi cədvəli:
Bazar ertəsi:
Səhər yemək: Sadəcə, qəhvə, ya da hindistan qozu kremi Günorta: Göbələkli omlet, hindistan qozlu qəhvə Günorta arası: Konserv istridyə, çiyələkli tam yağlı qatıq, bir ovuc fındıq və darçın Axşam: İspanaq və avakado kəsikli bifşteks, 2 kvadrat bitter şokolad, bir stəkan çay
Çərşənbə axşamı:
Səhər yemək: Təkcə hindistan qozlu qəhvə Günorta: Qızarmış pomidor və hellim, toyuq suyunda tərəvəz şorbası, yağlı balıq və hindistan qozlu qəhvə Axşam: Tərəvəzlərlə birlikdə qızartma balıq, iki kvadrat bitter şokolad və bir stəkan çay
Çərşənbə:
Səhər yemək: Hindistan qozlu qəhvə Günorta: Tam yağlı hindistan qozlu və çiyələkli qatıq, bir ovuc fındıq, darçın, zerdeçal və hindistan qozlu qəhvə
Cümə ertəsi:
Səhər yemək: 2 və ya 3 yumurta, qızarmış alabalıq yanında avakado, hindistan qozlu qəhvə Günorta: Kefir və ya hindistan qozlu smoothie, bir çimdik darçın, zerdeçal və nanə Axşam: Sızma zeytun yağı ilə hazırlanmış toyuq suyu şorbası, hindistan qozu bombası (kakao, darçın, hindqozu yağı, cövüz kremi, fındıq) bir stəkan çay
Cümə:
Səhər yemək: Basdırmalı yumurta, avakado, hindistan qozlu qəhvə Günorta: Balıq şorbası Axşam: Aşağı kalorili pitsa, cövüz bombası, bir stəkan çay
Şənbə:
Səhər yemək: Fındıq əzməli omlet, çiyələk və tam yağlı qatıq, hindistan qozlu qəhvə Günorta: Aralıq dənizi salatı Axşam: Qızarmış toyuq, şirin kartof, hindistan qozu bombası və bir stəkan çay
Bazar:
Səhər yemək: Qızarmış alabalıq balığı, omlet, avakado və hindistan qozlu qəhvə Günorta: Kefir və ya hindistan qozlu smoothie Axşam: Bişirilmiş alabalıq, tərəvəz, fındıq.