Artıq pəhrizi yarıda saxlamayacaqsınız, arıqlamaq üçün mükəmməl vasitə: Detoks suyu resepti

Müəllif: Sweet Candy
Şərhlər: 4
Baxılıb: 3 299
Səs ver:
(səs: 1)
Detoks suyu – gündən günə daha da populyarlaşır. Bu, bədənin sağlam təmizlənməsi üçün ən əlverişli seçimlərdən biridir. Bununla yanaşı, xoş bir dada malik olduğundan düz qarına sahib olmaq üçün ideal vasitədir.

Düz qarına sahib olmaq çətindir?
Xüsusilə bədənin bu hissəsinə yağlar asanlıqla yığılır. Və bu, yalnız görünüşə deyil, ümumiyyətlə sağlamlığa da mənfi təsir göstərir.

Detoks suyu bu məqamda əla bir seçimdir. Bədəni qidalandırır və bədəndən artıq maye və zəhərli maddələrin (toksinlərdən) təmizlənməsinə böyük təsir göstərir. Bundan əlavə, gün ərzində maye qəbulunu artırmaq üçün yaxşı alternativdir. Axı müəyyən bir dad və aroması ilə birgə içki içəcəksiniz.

Detoks suyu: düz qarına nail olmaq və zərərli maddələrdən azad olmaq üçün resept:
Detoks suyunu hazırlamaq çətin deyil. Bunu etmək üçün meyvə və tərəvəzləri dilimləyib bir qaba qoyub və üstünə distilə olunmuş su əlavə etmək lazımdır , ideal içki alınması üçün , ən azı iki saat keçməlidir, iki saatdan sonra detoks suyu içilməyə hazırdır.

Tərkibi:
700-720 ml soyuq su
Təzə xiyar dilimləri
Təzə nanə yarpaqları
1/2 yumru dilimlənmiş limon
1/4 portağal, yumru formada dilimlənmiş

Bu içki necə təsir göstərir?
Nanə aşağıdakı xüsusiyyətlərə malikdir: həzmi yaxşılaşdırır və mədə ağrılarını azaldır.

Xiyar, öz növbəsində, antioksidantlarla zəngindir. Mədənin maye tutma və həzmsizliklə mübarizə aparır və təmizləyici xüsusiyyətlərə malikdir.

Portağal immunitet sistemini gücləndirir və xolesterin səviyyəsini aşağı salır.

Bəli, limon bədənin yaxşı həzm və detoksifikasiyasına kömək edir.

Güclü iştah düz qarın üçün bir maneədir. Güclü iştah artıq çəki ilə mübarizəni əhəmiyyətli dərəcədə gecikdirir və çətinləşdirir.
Və bu içki yalnız orqanizmdən toksinləri və digər zərərli maddələri orqanizmdən ixrac etməyə kömək etmir, o, həm də xeyirli tərkibi sayəsində toxluq hissi verir.

Onu hazırlamaq üçün, bütün inqrediyentləri bir qaba qoyun və su tökün. Dadlı və qidalandırıcı detoks suyunu gün ərzində içmək olar.

Tərkibi:
700-720 ml soyuq su
Təzə nanə yarpaqları
1 çiyələk (dilimlənmiş)
1/2 limon dilimlənmiş
1/4 çay qaşığı darçın
1/4 dilimlənmiş alma

Bəs bu içki necə təsir göstərir?
Su bədəni qidalandırır və bədəndən toksinləri aradan qaldırmağa kömək edir.

Nanə ağrıları azaltmaq və iltihabı azaltmağa kömək edən xüsusiyyətlərə malikdir.

Çiyələk antioksidantlar və vitaminlərlə zəngindir. Bu maddələr erkən yaşlanma əlamətlərinə qarşı mübarizə aparır və müxtəlif xəstəliklərin qarşısını almağa əla təsir göstərir .

Limon qəbizliklə mübarizə aparmağa kömək edir. Bədəndə turşu-baza balansını bərpa edir.

Darçın qan şəkəri səviyyəsini tənzimləyir və iştahı çox azaldır. Nəticədə, daha az kalori tükətmiş olursunuz.

Almanın faydalı təsiri onsuzda saydıqca bitməz. Alma, antioksidantlar və əhəmiyyətli qidalarla zəngindir, bu da iştaha nəzarət və maddələr mübadiləsini sürətləndirməyə kömək edir.
(səs: 1)
Şərhlər: 4
Baxılıb: 3 299
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri