Dünyanın ən məşhur dietoloqlarının tarixə düşən pəhrizləri - FOTO

Müəllif: YalniZ-ArZu
Şərhlər: 6
Baxılıb: 682
Səs ver:
(səs: 0)
Məşhur dietoloq Pol Breq deyirdi ki, ömrü uzatmağın ən yaxşı yolu onu qısaltmamaqdır. O, hesab edirdi ki, ömrü qısaldan və xəstəliklərin yaranmasına səbəb olan başlıca amil qeyri-sağlam qidalanmadır.

Qadinla.com bu yazıda oxucuları dünyanın populyar dietoloqlarının pəhrizləri ilə tanış edib.

Anri Şeno

Dünyanın ən məşhur dietoloqlarının tarixə düşən pəhrizləri - FOTO

Anri Şeno dünya şöhrətli alimdir. Zəngin və məşhur müştərilər ona aid olan "Palace Merano" və "Chenot Palace" sağlamlaşdırma mərkəzlərinin boş qalmasına vermir. Çin təbabətinin tədqiqatçısı, bioenergetika psixoloqu və naturopatiya (təbii tibb elmi - təbabət) ilə məşğul olan Anri Şeno bir neçə kitabın müəllifidir. İnsan orqanizmində baş verən dəyişiklikləri və bioloji prosesləri kitablarında geniş izah edən alim müxtəlif ölkə və şəhərlərdə mütəmadi olaraq mühazirələrlə çıxış edir. Şenonun əsas tövsiyələri belədir: daha az qəhvə (xüsusilə səhər yeməyində heç bir halda içmək olmaz), səhər yeməyində meyvələrə və yaşıl çaya üstünlük verin, naharda salat və şirniyyat, axşam isə yüngül şorba.

Poll Breqq

Dünyanın ən məşhur dietoloqlarının tarixə düşən pəhrizləri - FOTO

Breqq qidalanma ilə bağlı inanclarını dinə, eyni zamanda böyük gəlirlərlə güclü korporasiyaya çevirib. Onun "Oruc möcüzəsi" adlı kitabı bütün dünyada inanılmaz tirajlarla satılırdı, tərəfdarlarının sayı isə milyonlarladır.

Bəziləri onu fırıldaqçı, hiyləgər və dələduz biznesmen adlandıraraq yanaşmasını tənqid edir. Hər halda onun tövsiyələri günümüz üçün hələ də aktual olaraq qalır. Bəs Poll Breqq nə deyirdi? O, kimyəvi tərkibli məhsullardan imtina etməyi, faydalı və orqanik yetişən bitki və tərəvəzlərə üstünlük verməyi, həm də oruc tutmağı məsləhət görürdü. Diet-qurunun sözlərinə görə, ayda heç olmasa bir dəfə 24 saat ac qalmaq orqanizmi bütün şlak və toksinlərdən təmizləyir.

Pyer Dükan

Dünyanın ən məşhur dietoloqlarının tarixə düşən pəhrizləri - FOTO

Fransız dietoloqun "Arıqlaya bilmirəm" adlı kitabı dünyada 10 milyon tirajla satılıb. Heyrətamizdir, elə deyilmi? Müəllif bu kitabı yazarkən ondan əvvəl tətbiq edilmiş bütün pəhriz metodlarının mənfi və müsbət cəhətlərini nəzərə alaraq yanlışlıqları rədd edib, doğruları isə qəbul edib. Bütün nəzəri biliklərini təcrübədə tətbiq edərək uğurlu nəticələr qazanan həkim Dükan bu kitabda artıq çəkidən əziyyət çəkən insanlar üçün ideal pəhriz üsulunu təklif edir. Onun yalnız bir şərti var - təklif olunan rejimə dəqiqliklə riayət etmək. Dükan ərzaq məhsullarını necə, nə vaxt və hansı kombinasiyalarda qəbul etməyin sistemini qurub.

Dükan pəhrizi dörd mərhələdən ibarətdir. Birinci həftə üç kiloqrama qədər arıqlayırsınız, ikinci mərhələ zülal məhsulları və tərəvəzlər optimal çəkiyə gətirir, üçüncü həftə - hətta meyvə, pendir və çörək istifadə etsəniz də, yenidən kökəlmirsiniz, dördüncüsü müəyyən şərtlər altında hər şeyə icazə verilir.

Mişel Montikyak

Dünyanın ən məşhur dietoloqlarının tarixə düşən pəhrizləri - FOTO

Mişel Montikyak daha bir məşhur fransız dietoloqudur. O, arıqlamağa dair bir çox elmi əsərlərin və populyar kitabların müəllifidir. Onun "Mən yeyirəm, deməli, arıqlayıram" kitabı dünyanın 40-dan çox ölkəsində 40 milyon nüsxədən çox satılıb.

O, tibb mütəxəssisi deyildi. Dietoloq siyasi elmlər sahəsi üzrə ali təhsil alıb, ancaq əczaçılıq şirkətində klerk işləyən oğlan dietologiya ilə yaxından maraqlanırdı. Bu həvəsin səbəbləri şəxsi maraqlar idi. Belə ki, gələcək bestsellerin müəllifi özü uşaqlıqdan artıq çəkidən əziyyət çəkir və onlardan xilas olmağı arzulayırdı. İri əczaçılıq şirkətində tədqiqatlar aparan Montinyak metodlarını öz üzərində sınaqdan keçirib. Uğurlu tədqiqatlar nəticəsində o, bir neçə aya 15 kiloqram arıqlamağa müvəffəq olub.

İnkişaf edilən pəhrizin mahiyyəti nədir? Qlisemik indeksin nəzarəti.

İki mərhələ nəzərdə tutulur. Birincisi, Montinyak hesab edirdi ki, karbohidratları rasiondan çıxarmaq lazımdır, çünki onlar qanda şəkərin miqdarını artırır. Montinyakın metoduna görə, tərkibində lipidlər (yağ turşuları) olan məhsulları da məhdudlaşdırmaq lazımdır.

İkinci mərhələdə çəkini stabil vəziyyətə gətirmək lazım idi. Bu pəhriz çərçivəsində rasiona: göbələk, soya, tərəvəzlər, qoz-fındıq, ədviyyat və dəniz məhsullar kimi aşağı qlikemik indeksli qidalar daxil edilir. Yeri gəlmişkən, bu müddət ərzində tünd və acı şokolad istisna olmaqla şirniyyatdan istifadə qadağandır. Gündə 4-5 dəfə az-az qidalanın, çay və qəhvəni minimuma endirin, bütün məhsullar orqanik olmalıdır. Sözsüz ki, gündə 2 litr su içməyi unutmaq olmaz.

Robert Atkins

Dünyanın ən məşhur dietoloqlarının tarixə düşən pəhrizləri - FOTO

Amerikada geniş yayılmış Atkins pəhrizi nədir? Adından da göründüyü kimi, Atkins pəhrizi amerikalı kardioloq Robert Atkins tərəfindən hazırlanıb. "Atkins həkimin pəhriz inqilabı" seriyasının müəllifi karbohidratları şər hesab edir və onu zülallarla əvəz etməyi məsləhət görürdü. Onun pəhrizi aşağı kalorili məhsullara əsaslanmır, odur ki, bu, çoxlarının ürəyincə idi. Atkins pəhrizinin əsas qaydası - karbohidratların istifadəsinin məhdudiyyətidir. Amma zülalların və piylərin miqdarı adət edilmiş miqdarda qoymağa cürət etmək olar. Bu iddia çox mübahisəli olsa da, pəhriz bir çox hallarda müsbət nəticələr vermiş və son on ildə çox populyar olmuşdu.

Atkinsin kitabları da çox yaxşı satılırdı, onun Nyu-Yorkda yerləşən tibbi mərkəzinin gəliri 90-cı illərin sonlarında yüz milyon dollara çatırdı. Bəzi həkimlər Atkins pəhrizinə şübhə ilə yanaşır, hesab edirlər ki, yüksək xolesterin ürək problemlərinə nəticələnə bilər. Lakin bu amil Bred Oitt və Rene Zellveqer kimi məşhurlara Nyu-York diyetoloqu tərəfindən hazırlanmış qaydalara əməl etməyə mane olmurdu.

Jan Klod Udre

Dünyanın ən məşhur dietoloqlarının tarixə düşən pəhrizləri - FOTO

Karl Lagerfeld inanılmaz dəyişimini Udreyə borcludur. "Chanel" moda evinin kreativ direkotru onun pəhrizi sayəsində 42 kq-a qədər çəki itirməyə nail olub. Udre konsepsiyasına "Qaşıq metodu" deyilir. O, aclıq hissini bloklamaq üçün zülal pəhrizinin və xüsusi həblərin köməyi ilə qida vərdişlərinin yenidən tərbiyə edilməsini təklif edir.

Dünyanın ən məşhur dietoloqlarının tarixə düşən pəhrizləri - FOTO

Dietoloq stress hormonu - kortizol səviyyəsini nəzarətdə saxlayaraq yüksəlməsinə mane olmağı, həmçinin əti balıq və toyuqla əvəz etməyi tövsiyə edir.

(səs: 0)
Şərhlər: 6
Baxılıb: 682
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Offline
GünAy
Pehrizi hec sevmirem, bir az kokelim mene besdir.
17 may 2019 20:06
6
Səni çox sevirəm həyatımın mənası heart
Offline
Aykam2001
-yemık yedikdən sonra pəhrizdə olduğumu xatırlayıramm 122
17 may 2019 16:56
5
• Qadınlar sözləriylə deyil, gözləriylə danışar əslində. Buna görə onları anlamaq üçün dinləmək yetməz, izləmək gərək yalnız.
Offline
diablo
Maraqli idi tesekkur
17 may 2019 11:18
4
Perfect
Online
BARBI
En mehsuru dukan diyetidir.Bir cox unluler onu ederek ariqliyir
17 may 2019 10:30
3
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Offline
Cema_Axodova
En gozel idmandi
17 may 2019 10:11
2
p.s
Offline
vipbetul
pehriz saclamiram pehriz etdinse gerek hemise pehrizde olasan
17 may 2019 10:07
1
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınla.Com həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 

Qadın testləri