Diyeti pozan bəhanələrə qarşı təsirli təkliflər

Müəllif: Love Angel
Şərhlər: 2
Baxılıb: 1 968
Səs ver:
(səs: 1)
Diyetə başlayarkən özümüzü aldadıb fərqli bəhanələr ilə zərərli qidalara istiqamətlənirik. Arıqlamağı çətinləşdirən bəhanələrə qarşı dietə davam etməyinizə kömək edən təsirli təlqinlər ilə formada qalmağa davam edin.

Gün ərzində olduqca sağlam qidalanırsınız. Ancaq işdən çıxıb evə gedərkən gözünüzə xitab edən fast food afişaları, market pəncərəsindən görünən cips paketləri və ya ən sevdiyiniz serialın reklam aralarında bir-birinin arxasınca göstərilən şirniyyat reklamları ağlınızı başınızdan alır. Elə isə gəlin iç səsimizin dediyini və onlara qarşılıq məntiqli təlqinləri nəzərdən keçirək.

İç səs: Bu gün xüsusi bir gündür yemək yeməyimmi?

Məntiqin səsi:
Xüsusi bir gün olması partlayanadək yemək yeməli olduğunuz mənasına gəlmir

Təbii ki, öz ad günü tortunuzdan dadmadığınız bir ad günü əskik qalar. Ancaq incə bir dilin tortla kifayətlənməyib 2 dilimi birdən yemək çox da məntiqli deyil.

Məntiqli strategiya: Qidalardan aldığınız həzz hər dişləmə zamanı bir az da azalır. Bu, ilk tikələrin daha ləziz gəldiyi və kiçik bir dilim tort ilə 2 dilim tortun yaratdığı həzz hissinin eyni olduğu mənasına gəlir.

İç səs: Bədənimin istəklərinə qulaq asmalıyam və dondurma istəyir

Məntiqin səsi: Yemək istədiyim şey tam olaraq ehtiyacım olan şey deyil

Bədəniniz siqnal verdiyi anda diyeti buraxmağa məcbur deyilsiniz. Aclıq hissi ilə bədəniniz yemək yeməyin lazım gəldiyini işarə edir, amma şirniyyat istəyi həqiqi ehtiyac deyil.

Məntiqli strategiya: Həqiqətən ac olub-olmadığınıza qərar verərək işə başlayın. Əgər həqiqətən acsınızsa, qarnınızı doyurmaq üçün nə yediyiniz çox da vacib deyil. Amma aclıq hissiniz xüsusən hansısa qidaya fokuslanıbsa, misal üçün ürəyiniz şokolad yemək istəyirsə, bu acmadığınızı göstərir. Belə hallarda bir stəkan jasminli bitki çayı içmək sizə kömək edər. Aparılan elmi araşdırmalar jasmin çiçəyi iyləyən qadınların şokolad istəyinin öhdəsindən gəldiyini ortaya çıxarıb.
(səs: 1)
Şərhlər: 2
Baxılıb: 1 968
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri