Bədəni təmizləyən - XİYAR PƏHRİZİ

Müəllif: YalniZ-ArZu
Şərhlər: 1
Baxılıb: 666
Səs ver:
(səs: 0)
Yaşıl xiyar - vitamin deposudur. Dəri, saç və dırnaqlar üçün də xeyirlidir. Dərinizə xiyar dilimi sürtsəniz dəriniz nəmlənəcək və ağaracaq.

Xiyarın vitamin deposu olduğu, dəri, saç və dırnaqlar üçün faydalarından xəbərdarıq. Lakin məlum olub ki, xiyar həm də xərçəng xəstəliyinin profilaktikasında xeyirlidir.

Qadinla.com bildirir ki, araşdırmalara görə, buna səbəb xiyarın turşuluğu normallaşdırmaq xüsusiyyətinə malik olmasıdır. Onun sıxılmış şirəsində tartron turşusu var və bu turşunun sayəsində karbohidratların yağa çevrilməsi ləngiyir.

Orqanizmin təmizlənməsində bu tərəvəzdən istifadə etmək əbəs yerə deyil. Çünki bu şirə təbii sorbentdir.

Sorbent - elə bir maddədir ki, bədəndən bütün toksinləri çıxarır və bağırsaqlar yaxşı işləməyə başlayır. Tərkibində isə B, C qrupu, mis, fosfor və kalsium var.

Xiyarlı pəhriz - xalq arasında ən populyar pəhriz növlərindən biridir. Xiyarın 95%-i strukturlu sudan ibarətdir, 1 kq-da sadəcə 150 kalori var. Bu tərəvəzin tərkibindəki suyun sayəsində mədənin divarları dartılır və toxluq hissi yaranır. Bu pəhriz 7 gün saxlanılır. Gün ərzində hər gün 1 kq xiyar yeyilməyi məqsədəuyğundur. Səhər tezdən 1 stəkan su içib, yarım saat sonra isə səhər yeməyinə başlamalısınız. Səhər kaşa və ya qaynadılmış yumurta, üzərinə yağ çəkilmiş çörək dilimi və 1 dilim yağsız pendir və ya 1 pors xama yeyə bilərsiniz. Kofe və ya bal ilə çay içmək olar. Sizin səhər yeməyiniz 200 kalori təşkil etməlidir. Xiyar və tərəvəzdən ibarət salat hazırlayaraq gün ərzində 3 dəfə 1 dilim kəpəkli çörək ilə yeyə bilərsiniz.

Qeyd edək ki, salatın əsas hissəsini 1 kq xiyar təşkil etməlidir. Duz vurulmağı məsləhət görülmür. Şam yeməyinə meyvə yeyə bilərsiniz. Gün ərzində su, çay, kofe içə bilərsiniz, amma şəkərsiz olaraq içmək məsləhətdir. Bu pəhriz aşağı kalorili pəhrizdir,buna görə də 7 gündən artıq saxlamaq olmaz. Həm də orqanizmin belə ümümi təmizlənməsini ildə 1 dəfə xiyar tərəvəzi mövsümündə etmək məqsədəuyğundur.

Bunu vurğulayaq ki, bu pəhrizdən mədə və onikibarmaq bağırsağın yazva xəstəliyi, qastrit və yüksək mədə turşuluğu olan xəstələr istifadə edə bilməz.

(səs: 0)
Şərhlər: 1
Baxılıb: 666
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Offline
BARBI
Xiyar pehrizi cox faydalidir.Esl detoksdu.Istifadesi mutleqdi
16 sentyabr 2019 10:41
1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınla.Com həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 

Qadın testləri