Zəriflik pəhrizi

Müəllif: Mr. OffiCeR
Şərhlər: 0
Baxılıb: 6 073
Səs ver:
(səs: 0)

Zəriflik pəhrizi

Bütün qadınların arzusu incə və zərif görünməkdir. Buna mane olan başlıca səbəb isə artıq çəkidir. Artıq çəki hamının, xüsusən də xanımların “düşmənidir”. Bu düşmənə qalib gəlmək isə hər adamın işi deyil. Çünki aclığa dözməyi hər adam bacarmır. Amma mümkün olmayan iş yoxdur. İndi bir çox pəhrizlərdə ac qalmadan arıqlamağınyolları təklif edilir. Bunlardan biri də zəriflik pəhrizidir.

Bir çox pəhrizlərdə olduğu kimi bu pəhrizdə də hər gün 2 litrə yaxın su içilməli, mineral su içilərsə qazsız olmalı, çaylar şəkərsiz, salat və sousların az yağlı olmasına diqqət edilməlidir. Şəkər, kartof, çuğundur, kök, paxla yeməklərini menyudan çıxarmaqla bu pəhrizlə həftədə 2 - 4 kq arıqlamaq olar.

 

1-ci gün:
7:30 - 2 ədəd kivi
8:00 - südlü yulaf sıyığı
10:00 - yağsız yoğurt,bir fincan çay,ya da qəhvə
11:00 - 1 ədəd alma
13:00 - azca souslu yaşıl salat
15:00 - 80 qr qaynadılmış toyuq döş əti,100 qr rəngli kələm,2 dilim pendir
17:00 - 1 ədəd armud
19:00 - 1 stəkan kələm suyu
19:30 - 2 yumurtadan omlet, bioyoqurt

2-ci gün:

7:30 - 1 ədəd portağal
8:00 - qarabaşaq sıyığı
10:00 - üzərinə cem çəkilmiş qara çörək buterbrodu, 1 fincan çay və ya qəhvə
11:00 - 1 ədəd alma
13:00 - 100 qr qaynadılmış yağsız balıq
15:00 - közlənmiş tərəvəz, salat ,bioyoqurt
17:00 - 1 ədəd armud
19:00 - 1 stəkan kələm suyu
19:30 - soslu yaşıl salat, yağsız kəsmik, bioyoqurt

3-cü gün:
7:30 - yarım stəkan təzə sıxılmış meyvə suyu və yarım stəkan su
8:00 - südlü yulaf sıyığı
10:00 - yağsız kəsmik, 1 fincan çay və ya qəhvə
11:00 - 1 ədəd alma
13:00 - 100 qr qaynadılmış dana əti
15:00 - salat, közlənmış tərəvəz, 1-2 dilim pendir
17:00 - 4 badam,3 fındıq,1 qoz
19:00 - 1 stəkan kələm suyu
19:30 - rəngli kələm, yanında pendir, bioyoqurt

4-cü gün:
7:30 - 2 ədəd mandarin
8:00 - südlü arpa sıyığı
10:00 - yağsız yoqurt, 1 dilim qara çörək, 1 fincan çay və ya qəhvə
11:00 - 1 ədəd alma
13:00 - 100 qr qaynadılmış balıq
15:00 - yaşıl salat, közlənmış badımcan və 1 dilim pendir
17:00 - 4 ədəd qara gavalı və 4 ədəd meyvə qurusu
19:00 - pomidorlu qayğanaq
19:30 - buxarda bişmiş tərəvəzlər və bioyoqurt

5-ci gün:
7:30 - 2 ədəd kivi
8:00 – südlü yulaf sıyığı
10:00 - qara çörəkdən buterbrod, az şəkərli cem, 1 fincan çay və ya qəhvə
11:00 - 1 ədəd alma
13:00 - 100 qr qaynadılmış toyuq döş əti
15:00 - yaşıl salat, 100 qr rəngli kələm və ya brokkoli kələmi,yoqurt
17:00 - 1 ədəd armud
19:00 - 1 stəkan kələm suyu
19:30 - sobada bişirilmış pendirli pomidor,yağsız kəsmik

6-cı gün:
7:30 - 1 ədəd portağal
8:00 - qarabaşaq sıyığı
10:00 - yağsız yoqurt,1 dilim qara çörəkdən buterbrod, 1 fincan çay və ya qəhvə
11:00 - 1 ədəd alma
13:00 - közlənmiş tərəvəzlər
15:00 - 100 qr qaynadılmış balıq, yaşıl salat, 1 dilim pendir
17:00 - 4 ədəd badam, 3 ədəd  fındıq, 1 ədəd qoz
19:00 - göbələkli qayğanaq
19:30 - közlənmiş tərəvəz, yaşıl salat

7-ci gün:
1,5 kq almanı 6 yerə bölməklə bütün günü alma yeyin.

 

Redakte etdi: PRETTY GİRL

(səs: 0)
Şərhlər: 0
Baxılıb: 6 073
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri