Arıqlama prosesini sürətləndirmək üçün...

Müəllif: Onun_Mələyi
Şərhlər: 2
Baxılıb: 745
Səs ver:
(səs: 1)
Diyetologiya və sağlam qidalanma üzrə mütəxəssislər cəmi bir həftə ərzində çəkini effektli şəkildə azalda bilən üsul barədə məlumat veriblər. Alimlər əmindirlər ki, sürətli arıqlamaqdan ötrü duzdan istifadəyə məhdudiyyət qoyulması vacibdir.

Qadınla.Com bildirir ki, bir çoxları xüsusən yay məzuniyyətindən əvvəl artıq çəkidən azad olmaq istəyir. Alimlər piylənməyə qarşı mübarizəyə və çəkinin optimallaşdırılmasına yönələn müxtəlif üsul və sistemləri dəfələrlə bütün dünyaya təqdim ediblər. Alimlərin işləyib hazırladıqları yeni üsul kardiosistemə istiqamətlənən kompleks hərəkətlərdən ibarətdir. Müntəzəm qaçış və üzgüçülük məşğələləri qarın nahiyəsində piylərin azalmasına kömək edə bilər. Alimlər qeyd edirlər ki, bununla yanaşı, fiziki hərəkətləri seçərkən şəxsi parametrlər və orqanizmin xüsusiyyətləri mütləq nəzərə alınmalıdır.

Arıqlama dövründə tərkibində yüksək miqdarda karbohidratlar olan rafinə edilmiş ərzaqlar tamamilə rasiondan çıxarılmalıdır. Bu, onların metabolizmə mənfi təsirinin aradan qaldırılmasına kömək edəcək. Bundan başqa rasionda təzə tərəvəzlər və dənli bitkilərdən ibarət ərzaq məhsulları üstünlük təşkil etməlidir. Həmçinin omeqa-3-yarıdoymamış yağ turşuları ilə zəngin olan dəniz balığı yemək faydalıdır. Bu, orqanizmi ürək-damar sistemi xəstəliklərindən qoruyur və piyləri effektli şəkildə əritməyə kömək edir.

Gün ərzində azı dörd litr su içmək və qəbul edilən duzun miqdarına ciddi nəzarət də faydalı olardı. Belə halda səhər yeməyinə yüksəkzülallı qida - toyuq əti, qoz-fındıq, paxlalılar və süd məhsulları daxil etmək mümkündür. Alkoqollu içkilərdən, şirniyyatdan, tərkibində yüksək miqdarda karbohidratlar olan unlu məhsullardan müvəqqəti də olsa imtina etmək məsləhətdir.

(səs: 1)
Şərhlər: 2
Baxılıb: 745
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Offline
BARBI
Ariqlama proesi suretli olmamalidir.Suretli olarsa deri sallanar
14 oktyabr 2019 09:30
2
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Offline
kivircik
Ariqlamaq isteyenler uchun lazimi xeberdi
14 oktyabr 2019 09:19
1

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınla.Com həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 

Qadın testləri