Qışda necə arıqlamaq olar?

Müəllif: Sweet Candy
Şərhlər: 2
Baxılıb: 1983
Səs ver:
(səs: 0)
Qış fəsli yaxınlaşdıqca dərialtı piyin əmələ gəlməsi prosesi fəallaşır və bunun nəticəsində orqanizm həmin dövrdə özünü enerji ehtiyatı ilə təmin edir.

Soyuq vaxtlarda vitamin və qidalı maddələrin çatışmazlığı yaranır. Ona görə də gündəlik rasionun cüzi azalması fiziki və psixi cəhətdən neqativ təsir göstərir. Piy toxuması iştahanın, bədən çəkisinin, reproduktiv funksiyaların və hətta psixi sağlamlığın requlyasiyasında iştirak edən leptin hormonunu hazırlayır. Çəkinin kəskin azalması isə hormonal tarazlığın pozulmasına aparıb çıxarır. Artıq çəki narahatlığa səbəb olur və pəhrizlərə meyli artırır. Qış mövsümündə pəhrizlərə daha ehtiyatlı yanaşmaq lazımdır. Elə pəhriz seçmək lazımdır ki, orqanizmin fəaliyyətini pozmasın və uğurlu nəticələr versin.

Artıq çəkidən azad olmaq üçün gündəlik qida rasionundan başlamaq lazımdır. Təklif olunan ilk xörək şorbadır. Şorba mədəyə doluluq hissi verərək onun divarındakı xüsusi reseptorları aktivləşdirir və onun dolması haqda siqnal verir. Nəticədə iştaha azalır və ikinci yemək həmişəkindən 20-40 faiz az yeyilir. Yağsız ət şorbalarına, tərəvəz bulyonlarına üstünlük vermək daha yaxşıdır. Məsələn, 1,5 litr su, 2-3 ədəd kök, 2 pomidor, bir neçə kərəviz və kəvər yarpaqlarından ibarət bulyon hazırlayıb içərisinə bir azca kəklikotu, zirə və keşniş qatmaq olar.

İkinci yemək adətən daha kalorili olur. Onu hazırlayarkən yüngül mayonez, yağsızlaşdırılmış süd, smetan və kəsmikdən istifadə etmək olar. Kartof qızardarkən kərə yağı bitki ilə əvəz edilməlidir. Həmin qaydalara əməl edilməsi ziyan vermir və soyuq qış aylarında dərinin su-lipid tarazlığını qoruyur. Yeməyə qatılan müxtəlif ədviyyatlar isə həzm şirəsinin hazırlanmasını sürətləndirir, maddələr mübadiləsini fəallaşdırır, nəticədə qida tam həzm olunur və yağ toplanmır.
(səs: 0)
Şərhlər: 2
Baxılıb: 1983
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Şərh sayı: 12302
Xəbər sayı: 0
tatyana
Yazılan dogrudur, amma yenede men deyerdimki ( şexsi tecrübemden) arıqlama usulu herkese individual olaraq seçilir, misalcün arıqlamada qızıl qayda sayılan güne iki litr su içmek, meni o su qaydası eksine bedende şişkinlik yaradır, üreyi problemli olanlara bir litreden artıq su olmaz gün erzinde
27 fevral 2020 07:34
2
YAXŞILAR HER ZAMAN PİSLİYİN SACDIGI PİS QOXUDAN QOXARLAR, NE QEDER YAXŞI OLURSAN OL,ETRAFINDA PİSLİK VARSA SENE PİSLİK SAÇAR
Şərh sayı: 80986
Xəbər sayı: 30
BARBI
Qis yay ferqi yoxdur.Elede kokelen deyilem
26 fevral 2020 16:40
1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Qadın testləri