Kalori itirməyin 8 yolu

Müəllif: Pure Love
Şərhlər: 0
Baxılıb: 3 614
Səs ver:
(səs: 0)

1. Ən əlçatan üsul – pilləkənlərlə qalxmaq. Bu cür aktivlik zamanı 1 dəqiqəyə 9 kkal sərf edirsiniz(65kq çəkili insanlar üçün nəzərdə tutulub, əgər daha yüngülsünüzsə daha az kalori sərf edirsiniz). Bu çox yüksək göstəricidir. Ona görə kaloriy itirmək üçün bu asan yoldan vaz keçməyin. Lifti unudun. 
2. Daha çox piyada gəzin. Bu cür aktivlik zamanı, normal sürətlə hərəkət edirsinizsə dəqiqəyə 1,5 kkal xərclənir, əgər yavaş hərəkət edirsinizsə 4-5 kkal dəqiqəyə. Gündəlik bir iki dayanacaq piyada getmək imkanı varsa bunu əldən buraxmayın. 
3. Rəqs edin. Bu aktivlik zamanı rəqsin intensivliyindən asılı olaraq 3,5-dən 8 kkal-ə qədər xərclənir. Razılaşın ki, bu həm də ləzzət edir.
4. Roliklərdə, konkilərdə sürüşün. Bu aktivlik zamanı dəqiqəyə 4 kkal xərclənir.
5. Velosiped sürün. Dəqiqəyə 6,6 kkal itirəcəksiniz.
6. Qaçmağa başlayın. Orta sürətlə, düzgün nəfəs alaraq. Bu aktivlik zamanı dəqiqəyə 8 kkal xərcləyəcəksiniz.
7. Ev xörəkləri bişirin. Bu həm dəqiqəyə 3 kkal itirməyinizə səbəb olacaq, həm də orqanizmə və bədən quruluşuna xeyirdi.
8. Əgər ayaq üstə dayanmağa imkan varsa bu fürsəti əldən verməyin, istər ictimai nəqliyyar olsun istərsə işdə çalışın çox əyləşməyin. Ayaq üstə dəqiqəyə 1,5 kkal sərf edə bilərsiniz.

Və önəmli olan bir məqam, gün ərzində sevdiyiniz hərəkətləri edərək enerjini xərcləmək üçün düşən fürsətləri əldən buraxmayın. Sevmədiyiniz hərəkətləri etməyə lüzum yoxdur. Orqanizmimiz belə qurulub, ancaq sevdiyimiz şeyləri qəbul edir. Etdiyiniz hərəkətkərdən özünüz razı olduğunuz halda arıqlayacaqsınız, nəticəsini görəcəksiniz. 

Redaktə etdi:PURE LOVE

(səs: 0)
Şərhlər: 0
Baxılıb: 3 614
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri