Məşhur dietoloq karantin günlərində kökəlməyin qarşısını alan ən effektiv vasitəni açıqladı

Müəllif: ❤Mələyim❤
Şərhlər: 5
Baxılıb: 1881
Səs ver:
(səs: 0)
Koronavirus pandemiyası səbəbilə çoxumuz işimizi evdən görürük. Xəstəliklə bağlı artıq pozitiv proqnozlar gəlməyə başlasa da, günlərlə evdə qalmaq stress yaradır. Stress isə aclıq hissini gücləndirir. Bəs belə hallarda aclıq və şirniyyat istəyi ilə necə mübarizə aparmaq olar?

Qadınla.com xəbər verir ki, türk dietoloq Hazal Çatırtan Çobanoğlu qatığı buynuz ağacı bitkisi ilə qarışdırmağı tövsiyə edib.

Yemək saatlarını ötürməyin

Tam, balanslı yemək hazırlayın və yeyin. Yeməklərinizdə karbohidratlar, protein, yağ olmalıdır, gün ərzində 2-3 əsas yemək və 1-2 qəlyanaltı etməlisiniz. Səhər yeməyini gec edirsinizə, naharı ötürə bilərsiniz, qəlyanaltı yeyə və sonra şam edə bilərsiniz. Meyvə, süd və quru meyvələr sizi tox saxlayar.

Karbohidratı tamamilə kəsməyin

Ağır karbohidratlar köklüyə səbəb olur, lakin taxıl çörəyi, meyvə, paxla, mərci kimi faydalı karbohidrat mənbələrini rasiondan çıxarmayın. Məsələn, hər yeməyə 1 dilim taxıl çörəyi əlavə etmək aşırı şirniyyat istəyindən qoruya bilər. Bədənin ehtiyacı olduğu faydalı karbohidratların qəbul edilməməsi orqanizmdə çatışmazlığa və qanda şəkər miqdarının pozulmasına səbəb ola bilər. Bu halda biz şəkər, şokolad və şirniyyata yönəlirik.

Su için

Gündə ən azı 2 litr su içmək vacibdir, çünki susuzluq çox vaxt aclıqla qarışır. Odur ki, aclıq hiss etdikdə əvvəlcə su için. Bu, toxluq hissi yaradır.

Qlisemik indeksi yüksək olan ərzaqlardan imtina edin

Paketlənmiş un məmulatları kimi qlisemik indeksi yüksək olan qidalara üstünlük vermək qanda şəkər səviyyəsinin pozulması ilə nəticələnə bilər. Odur ki, qablaşdırılmış şirniyyatlar almayın.

Faydalı alternativlər seçin

Bəzən nə etsək də, şirniyyat istəyinin qarşısını ala bilmirik. Belə zamanlarda ən azından sağlam, təbii, qlisemik indeksi aşağı olan yüngül desertlər hazırlayın. Bu, şirniyyat böhranının qarşısını alacaq. Meyvə, meyvə qurusu, meyvə salatı, bir neçə dilim tünd şokolad və s.

Meyvə porsiyalarına diqqət

Evdə olduğumuz müddətdə kökəlməmək üçün günlərlə aşağı kalorili yeməklərə üstünlük vermək, yemək saatlarını ötürmək və detoks etmək karbohidrat çatışmazlığı yaradır, bu da daha çox şirniyyat istəyi yaradır. Südlü qəhvə ən yaxşı xilaskarlardan biridir. Bundan əlavə, gün ərzində qatıq, süd və ya yulafa 1 çay qaşığı darçın, yaxud buynuz ağacı tozunu əlavə etməklə qanda şəkərin səviyyəsini normaya sala bilərsiniz.

Yaxşı yatın

Yuxusuzluq leptin (doyma hormonu) səviyyəsinin aşağı düşməsi, qrelin (aclıq hormonu) səviyyəsinin artması və endokannabinoid adlanan qan yağının artması səbəbi ilə aclığa və şirniyyat istəyinə gətirib çıxarır. Mütəmadi olaraq 7-9 saat yatın.

Hərəkətsiz qalmayın

Fiziki aktivliyin doyma hormonuna təsir etdiyi və toxluq hissi yaratdığı barədə bir çox araşdırma var. Fiziki cəhətdən aktivsinizsə stress azalacaq, leptin işə düşəcək və şirniyyat yemək istəyi şiddətlənməyəcək.
(səs: 0)
Şərhlər: 5
Baxılıb: 1881
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Şərh sayı: 4134
Xəbər sayı: 47
fiyonik
Oruc oldugum ucun ele axsam yeyirem yemeyi. Dunen program yukledim idmanla bagli boy ve cekimi yazdim. Dunen 53 kalori itirmisem. Melumatlar ucun tesekkurler!
19 may 2020 11:07
5
"-Bir Leyla değildim belki,sense bir Mecnun. Sen bir kere ıssız çöllerde yana yakıla aramadın,ama ben seni hep bekledim Züleyhanın Yusufu beklediği gibi bekledim seni. Aldatıllığını bilen bir Piraye olmama rağmen,Nazimi sever gibi sevdim seni.-"
'Hercai'm...İlk ve son kez aldanmışlığım...Yürek sızım...Meftunum.'
Reyyan
Şərh sayı: 6007
Xəbər sayı: 0
Cema_Axodova
Tatyana xanimla raziyam su baresinde menim qohumumda gunde 2l su ic deyilmiwdi.ama onada medesine gore olmazmiw.indi medesin mualice eletdirir
18 may 2020 17:26
4
p.s
Şərh sayı: 80419
Xəbər sayı: 30
BARBI
En onemlisi duzgun ve rejimle qidalanin
18 may 2020 17:08
3
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Şərh sayı: 13390
Xəbər sayı: 297
Miss_Oxatan
Bu wertler karantin oldu olmadi riayet edilmeli qaydalardir
18 may 2020 14:33
2
#flatearth
Şərh sayı: 12227
Xəbər sayı: 0
tatyana
Bezen diyetoloqlar hamıya eyni şeyi tekrar edir( misalcün suyu 2litr mütleq icin) amma bu herkesde fayda vermir, orqanizmalar ferqlidi, şexsen mene diyetoloq dedi su iç 2litr, men dedim olmaz mene su men orqanizmamı tanıyıram bilirem, dedi sen men dediyimi et, suyu icdim şişdim, hem ceki artımı hem görkem, su içen kimi menim ayaqlarım ve ellerim şişir,sudan başqa yazılmış meslehetler hamsı dogrudur ve bütün dietoloqların sevdiyi meslehetdi, zehmet olmasa bilen varsa buynuz ağacı bitkisi hansıdır mene yazardı, men qatıga cili peres töküb yeyirem( diyet zamanı) südlü kofe( şekersiz) yanındada bir erik qurusu ve ya 5 fındıq menim en sevdiyimdi( diyetoloqumun sayesinde)
18 may 2020 14:20
1
("Günahlarımın bağışlanmasını Allahdan istəyir və Onun hüzurunda tövbə edirəm")

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Qadın testləri