Yeyə-yeyə arıqla

Müəllif: Mr. OffiCeR
Şərhlər: 1
Baxılıb: 4 590
Səs ver:
(səs: 1)

Axı sən bunu bacararsan!” – saat 18.00-dan sonra nəfsini cilovlayıb yeməməyə çalışanda özünə belə deyirsən. Amma bu yolla arıqlamaq əks nəticəyə gətirir. “Aysel” jurnalı səhvin nədə olduğunu və mübarizə aparmağın 8 yolunu təqdim edir.
1.Yeyin, amma yağsız
Nə vaxt yediyiniz yox, nə yediyiniz vacibdir. Orqanizmimizə əlavə olunan piy nə zamansa yediyimiz yağlı qidalar hesabına olur. Zülal və mürəkkəb karbohidratlar çəki artımına səbəb olmur, ona görə menyunuzda nə qədər yağsız ət, kəsmik, yarma və makaron olarsa, bel incəliyiniz üçün bir o qədər yaxşıdır. Həmçinin bu qidalar toxluq hissini tez verir. Ona görə yatmamışdan saat yarım öncə tərəvəzli ət yeyib, bir stəkan kefir içsəniz, qorxulu heç nə olmaz.

2. Yeyin… yeməkdən sonra
Məşhur paradoks belədir: şam yeməyi nə qədər yağlı və bol olarsa, bir neçə saatdan sonra insan acıyacaq. Taktikanı dəyişmək lazımdır: az-az bir neçə dəfə yeyin. İlk olaraq işdən çıxmamışdan öncə nə isə yeyin – yoğurt, kəsmik, qarğıdalı lopaları. Evdə isə heyvan mənşəli zülal və mürəkkəb karbohidratlı (minimum kalori ilə maksimum toxluq) qidalar qəbul edin. Məsələn, yağsız ət və ya balıq yeyə, üstündən bir stəkan südlü çay içə bilərsiniz (bu ,təqribən 150-180 kkal-dir). Ancaq qəhvə və şirələr içməyin, onlar mədə şirəsi ifraz edərək iştah əmələ gətirir. 20 dəqiqədən sonra isə şam etmək olar. Mədə boş olmayanda insan özünə daha rahat nəzarət edərək az yağlı qidalar seçir və tələsmədən yeyir. Bizə də elə bu lazımdır!

3. Yeknəsəklikdən qaçın
Şam yeməyi nə qədər darıxdırıcı olarsa, bir neçə qaşıqdan sonra özünüz də hiss etmədən diqqətiniz başqa şeylərə – televizora, söhbətə yönələcək və istədiyinizdən çox yemiş olacaqsınız. Ən pisi, siz yenə də yemək istəyəcəksiniz. Çünki əsas qayda pozulub – nə qədər yavaş və düşünərəkdən yeyirsinizsə, o qədər tez doyursunuz. Dad reseptorlarını işlə yükləmək lazımdır. Bir yeməkdə bir neçə ət növünü – qoyun, toyuq, qarabaşaq, düyü və müxtəlif tərəvəzi birləşdirin. Bu qida sizi qorxutmasın, o, cəmi 200 kkal-dir.

4. Yeməyi şirniyyatla qarışdırmayın
Biz çox zaman ac olanda xörək yerinə şirniyyat yeyirik. Bu, ac olduğumuzdan yox, şirniyyat yemə istəyimizdən irəli gəlir. Ən yağlı və şirin olanını seçirik: şokolad, tort. Heç vaxt acqarına şirniyyat yeməyin. Ən yaxşı çıxış yolu sevdiyimiz şirniyyatdan bir balaca desertə saxlamaqdır.

5. Yatmamışdan öncə gəzin
Soyuducuya axşamüstü yaxın durmaq çox zaman sakitləşmək istəyindən doğur – axı qida təskinlik verir. Məişət antidepressantı yerinə axşam gəzintisini sınaqdan keçirin. Orta tempdə gəzmək əhval-ruhiyyəni qaldırır, gümrahlıq hissi yaradır, iştahı isə azaldır. Belə yüklənmə yığılmış piyi parçalayır, bununla da enerji mənbəyi kimi qidaya ehtiyacı azaldır. Nəbz dəqiqədə 110-dan çox olmamalı, xoş təsir bağışlamalı, təngnəfəslik və ürəkdöyüntüsünə yol verilməməlidir. Gəzintinin davamlılığı gün ərzində 20-30 dəqiqə olmalıdır. Optimal vaxt isə axşam saat 19-20-dir.

6. Mədənizi deyil, bədəninizi sevindirin
Qidaya ehtiyacı efir yağları əlavə edilmiş sakitləşdirici vannalar, duş, masaj da azaldır. Onlar xoş duyğu yaradır, ona görə də psixoloji rahatlıq üçün çox yeməyə ehtiyac qalmır.

7. Yemək istəyirsinizsə, yatın
Tam yuxu həyat tonusunu artırır, əhvalı yaxşılaşdırır və bu yolla çəkiyə nəzarəti asanlaşdırır.

8 Gecə yeməyini özünüzə qadağan etməyin
Gecə yeməklərinə son qoyanda nə baş verir? Son gücünüzə qədər nəfsinizə qalib gəlməyə çalışır, daima bu haqda düşünür və sonunda yeyirsiniz. Qadağan olunan şeylər həmişə insanı daha çox cəlb edir. Yemək haqda fikirlər qarabasmaya çevirilir. Onunla mübarizə aparmağın yeganə yolu müqavimət göstərməməkdir. Əvvəlcədən özünüzə «istədiyim vaxt yeyə bilərəm» desəniz, hər şey fərqli ola bilər.
 

anspress.com

 

Redakte etdi: PRETTY GIRL

(səs: 1)
Şərhlər: 1
Baxılıb: 4 590
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri