Axşamdan sonra yeməmək üçün 12 üsul

Müəllif: Mr. OffiCeR
Şərhlər: 1
Baxılıb: 4 080
Səs ver:
(səs: 0)

Dəfələrlə özünüzə geceyə yaxın bir daha yeməyəcəyəm demənizə baxmayaraq axşam yeməyindən bir qədər sonra yenə də ayaqlarınız sizi soyuducuya doğru aparır və yaxud da gözləriniz önündə ləzzətli yeməklər canlanır və…

Artıq yedikdən sonra hər şey alt- üst olmuşdur,”cinayət” işlənmişdir,artıq gecdir,yedikləriniz vücudunuzun yağlanması üçün öz işini görəcəkdir.

Bütün bunları aradan qaldırmaq üçün Axşam yeməyindən sonra yeməmək üçün aşağıdakı 12 üsuldan istifadə etməyi məsləhət görürük. 

 

1.Mədənizi maye ilə aldadın.

1 stəkan mineral su,ya da 1 fincan yaşıl çay için.

2.İsti vanna qəbul edin.
Bu iştahın azalmasına və yumşalmaya kömək edir.

3.Aclığınızı hiss etdiyiniz zaman,tələsib mətbəxə qaçmayın,bir az idman hərəkətləri edin.Çünki,idmandan sonra iştah azalır. 

 

4.Aromaterapiyadan istifadə edin,bu da iştahı azaldır.Bunun üçün portağal və ya qreypfrut qabığı qoxulayın,qoxulu şamlar yandırın,ya da gözəl bir ətir qoxulayın.

5.Axşam yeməyindən dərhal sonra meyvə və yoğurtdan hazırlanmış yüngül desert yeyin.Bu Sizin əhvalınızı yaxşılaşdıracaq və doymuş olacaqsınız.

6.Axşam yeməyi zamanı heç vaxt yediyiniz yeməyə ədviyyatlar (istiot,bibər) əlavə etməyin.Bunlar iştahanı daha da artırır.

 

7.Soyuducuda görünən yerlərdə yüksək kalorili yeməkləri tutmayın.

Onların yerinə yüngül meyvə-tərəvəzləri yerləşdirin.

8.Yuxudan qabaq təmiz havada gəzin.
Bu sizi yemək barədə düşünməkdən qurtarar.

9.Saqqız çeynəyin.
Yaxşı olar ki,çeynədiyiniz saqqız şəkərsiz və sadə olsun.

10.Dişlərinizi fırçalayın.
11.Güzgüdə özünüzə heyranlıqla baxın və deyin: “Heç belə gözəl qadın da gecələr yemək yeyib öz gözəlliyini məhv edə bilər?”
12.Yeməkdən özünüzü saxlamaq üçün musiqi dinləyib,moda jurnallarındakı incə bədənli qızlara baxin.
Tərcümə etdi:Su_ Perisi_
Redaktə etdi: PURE LOVE

 

 

(səs: 0)
Şərhlər: 1
Baxılıb: 4 080
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri