Hormonlar - Diyet Düşməni

Müəllif: Mr. OffiCeR
Şərhlər: 1
Baxılıb: 2 390
Səs ver:
(səs: 0)

Melbourne Universitetindən araşdırmaçı Cozef Proietto, "Təkrar kilo alan insanlar özlərinə o qədər də mərhəmətsiz davranmamalı. Çünki yemək bizim ən fundamental impulsumuz" dedi. 

New England Journal of Medicine adlı jurnalda nümayiş olunan araşdırmada, 50 həddindən artıq kilolu və obez xəstə 10 həftəlik bir diyet proqramına alındı. Araşdırmaçılar, ağırlıqlarının ən az yüzdə 10unu itirən xəstələrin davranışlarını müşahidə etmək istəyirdi. Nəticədə, xəstələrin 34-ü bu kilonu verə bildi. 
Xəstələrə 8 həftə boyunca ağır bir diyet proqramı tətbiq olundu və sonrakı 2 həftə boyunca mərhələli olaraq yenidən hər gün yedikləri yeməklər verildi. 
Cəmi 10 həftəlik proqramda, xəstələrin hər biri ortalama 13,6 kilo verməyi bacardı. Ancaq xəstələri sonrakı 1 ili içində də izləyən araşdırmaçılar, bu müddət içində ortalama 5,4 kilonun geri alındığını gördülər. 
Mütəxəssislərin cavab axtardığı bir başqa mövzu, "niyə diyet edən birinin bədəni bu vəziyyətə üsyan edir" sualı idi. Elm adamlarına görə, bunun cavabı insanın təkamüllü varisliyində gizli, çünki kilo vermək bədən tərəfindən artıma və həyatda qalma impulslarına təhdid hesab edilir. 
Bu səbəblə, diyetdən sonrakı 1 il boyunca hormonların kiloları geri götürmək üçün döyüşməsi normal qarşılanır. Mütəxəssislərin bu mövzudakı həll təklifi isə çox sadə: "Kilo verməyə çalışacağınıza, hələ zəifkən kilo götürməməyi yoxlayın". 

Tərcümə etdi:PRETTY_GİRL
(səs: 0)
Şərhlər: 1
Baxılıb: 2 390
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri