Selülit əritmə pəhrizi

Müəllif: Mr. OffiCeR
Şərhlər: 6
Baxılıb: 16 684
Səs ver:
(səs: 8)
Bu pəhrizi edərkən bunlara diqqət edin:
• Mütləq gündə iki litr su için.
• Maye ehtiyacınızı su ilə qarşılamağa çalışın. Ancaq qəhvə, çay, kola kimi selülit yaradan içkilərdən uzaq durun.
• Mədəniz dietə uyğunlaşana qədər, acdığınız vaxtlarda xiyar, pomidor kimi kalori dəyəri aşağı olan qidaları yeyin.

1-ci gün
Səhər: yağsız qatıq, armud və bir çay qaşığı balla hazırlanmış yumaq (qerkules, dənli bitkilər).
Günorta: çili sousu ilə hazırlanmış toyuq, iki qaşıq az yağlı plov.
Axşam: dana budu ilə hazırlanmış yağsız salat.

2-ci gün
Səhər: 1 dilim kəpəkli tost çörəyinin üzərinə yağsız krem pendir çəkin, üzərini xiyarla bəzəyin. Yanında şəkərsiz çay içə bilərsiniz.
Saat 10.00: bir ovuc quru meyvə
Günorta: bir qab yağsız makaron, bir qab göbələk yeməyi (150 qram göbələyi yuyub ortadan bölün və 1 qaşıq zeytun yağında qovurun. Göbələyə bir dənə əzilmiş sarımsaq və kiçik kəsilmiş təzə soğan əlavə edin. Duz və qara bibərlə dadlandırın.)
Axşam: kahı, kök, xiyar, pomidor, qırmızı kələm, qaynadılmış qarğıdalı, təzə soğan, yağsız ağ pendir, sirkə və bir çay qaşığı zeytun yağı ilə hazırlanmış salat. Yanında iki dilim kəpəkli çörək.

3-cü gün
Səhər: yağsız qatıq, çiyələk və bir çay qaşığı balla hazırlanmış yumaq (qerkules, dənli bitkilər).
Günorta: bir qab az yağlı piyaz (1 gün əvvəldən isladılmış paxlanı (lobyanı) suda qaynadın, sonra suyunu süzün. 2 soğanı çox incə doğrayın, paxla (lobya) ilə qarışdırın. Sonra zeytun yağı, sirkə və ya limon suyu, 1 çay qaşığı duz, qırmızı istiot, 1 çay qaşığı xardal əlavə edib qarışdırın. İstəyə görə cəfəri də əlavə etmək olar), iki qaşıq az yağlı plov.
Axşam: iki ədəd qaynadılmış balqabaqda hazırlanmış salat, yanında iki dilim kəpəkli çörək.

4-cü gün
Səhər: 2 dilim toyuq budu, kəpəkli tost çörəyi, şəkərsiz meyvə çayı.
Saat 10.00: bir ovuc quru meyvə.
Günorta: 1 dənə qızardılmış balıq, 2 qaşıq az yağlı plov
Saat 16.00: çiyələkli süd
Axşam: paxlalı (lobyalı) göbələk salatı, 1 dilim kəpəkli tost çörəyi (Paxlanı (lobyanı) qaynadın və soyumasını gözləyin. Göbələkləri yuyub ortadan böldükdən sonra bir qaşıq zeytun yağında 2 dəqiqə qovurun. Göbələklə paxlanı (lobyanı) qarışdırın. İçinə arzuya görə cəfəri də əlavə edə bilərsiniz. Limon, duz və qara istiotla dadlandırın.)

5-ci gün
Səhər: yağsız qatıq, alma və bir çay qaşığı balla hazırlanmış yumaq (qerkules, dənli bitkilər).
Günorta: 1 ədəd qızardılmış ət, yağsız salat, bir dilim kəpəkli çörək
Saat 16.00: yağsız süd
Axşam: toyuq budla hazırlanmış yağsız salat.

6-cı gün
Səhər: 2 dilim kəpəkli tost çörəyi, yağsız ağ pendir, pomidor.
Saat 10.00: bir ovuc quru meyvə
Günorta: ispanaqlı qaynanaq, bir dilim kəpəkli çörək
Saat 16.00: bananlı süd
Axşam: ton balıqlı salat, bir dilim kəpəkli çörək (kahı, pomidor, xiyar və kökü yuyub, doğrayın. Bu qarışığa bir kiçik qutu yağsız ton balığı əlavə edin. Bol limon və bir çay qaşığı zeytun yağı ilə dadlandırın).

7-ci gün
Səhər: yağsız qatıq, bir kivi və bir çay qaşığı balla hazırlanmış bir kasa yumaq (qerkules, dənli bitkilər).
Saat 10.00: bir ovuc quru meyvə
Günorta: bir ədəd qızardılmış toyuq, 2 dilim kəpəkli çörək
Axşam: ağ pendirli pomidor salatı, 2 dilim kəpəkli çörək.
(səs: 8)
Şərhlər: 6
Baxılıb: 16 684
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri