+++++++Arıqlamaq Zamanı Hansı Yeməklər Olmaz?

Müəllif: Mr. OffiCeR
Şərhlər: 0
Baxılıb: 10 300
Səs ver:
(səs: 1)
Köklük və maddələr mübadiləsi xəstəlikləri mütəxəssisi Dr. Ay tərəfindən Qaya, kilo verməyə çalışarkən , diyetə zərər verə biləcək qadağanlı yeməklərə və daha uzun müddət tox tutan günahsız qidalara diqqət çəkir…
Əgər kilo probleminiz varsa, yediyiniz yeməklərin xüsusiyyətinə diqqət yetirsəniz bu mövzuda daha asan yol alarsınız.

Glisemik indeksi yüksək olan yeməklərin fərqində olun. Glisemik indeks,  qidanın içindəki şəkərin yüksəkliyini və sürətli qana qarışmasını ifadə edər. Bu növdəki qidaları seçdiyinizdə qan şəkəriniz sürətli yüksələr və sürətli düşər. Bu vəziyyətdə daha tez acarsınız və daha çox yeyərsiniz. Məsələn bu baxımdan baxdığımızda düyü qadağanlıdır, yarma günahsızdır; ağ çörək qadağanlıdır, əsmər çörək günahsızdır; banan qadağanlıdır, kivi günahsızdır; qarpız qadağanlıdır,  albalı günahsızdır; üzüm qadağanlıdır, ərik günahsızdır; ağ makaron qadağanlıdır, kəpəkli makaron günahsızdır; misir-kartof qadağanlıdır, quru paxlalılar yaxşıdır.
Yağlara qarşı diqqətli olun. Dünya üzərindəki ən yüksək kalorili yemək yağlardır. Yağlar üzərinə qoyulduqları yeməklərin kalorisini çox yüksəldərlər. Gizli yağı yüksək yeməklər ətrafımızı qucaqlamış bir dəniz şəklində və çoxumuz fərqində olmadan bu yeməklərdən çox istehlak edirik. Bu baxımdan baxdığımızda tortuna simiti qadağanlıdır, küçə simiti günahsızdır; qıymadan edilən kabablar adana-urfa-küftə-dönər qadağanlıdır, kotlet-bonfile-biftek-çöp şiş-quşbaşı günahsızdır; cipslər qadağanlıdır, ləbləbi günahsızdır, hazır dondurmalar qadağanlıdır, tortuna dondurması günahsızdır; kremli şorbalar qadağanlıdır, sadə şorbalar günahsızdır; şərbətli şirinlər qadağanlıdır, südlü şirinlər yaxşıdır.
Duzlu yeməkləri daha az istehlak etməyə çalışın. İndiki vaxtda bir insan gündəlik duz ehtiyacının təxminən 4 qatını istehlak edir. Çox duz təzyiq yüksəkliyi, sümük əriməsi və bədəndə su tutaraq şişə səbəb olur. Turşular-şorabalar qadağanlıdır, təzə tərəvəz meyvə günahsızdır; cipsilər-krakerlər qadağanlıdır, partlamış duzsuz misir günahsızdır; kolbasa-sosiska qadağanlıdır, hisə verilmiş ətlər nisbi olaraq daha yaxşıdır.
Zülal və kalsium nisbəti yüksək olan yeməklər isə kilo idarəsində tam mənası ilə bir möcüzədir. Süd, qatıq, ayran, kefir ulduz olması lazım olan yeməklərdir. Xüsusilə yaz aylarında  qatıqlı kök otu, qatıqlı közlənmiş tərəvəzlər, təzə meyvə ilə edilən qatqısız qatıqlar və sütlü qəhvə aclığa cavab vermədə prioritetli seçilməsi lazım olan yeməklərdir.

Tərcümə etdi:
PRETTY_GİRL
(səs: 1)
Şərhlər: 0
Baxılıb: 10 300
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri