Arıqlamaq üçün yemək yeməmək kifayətdirmi?

Müəllif: Mr. OffiCeR
Şərhlər: 2
Baxılıb: 9 193
Səs ver:
(səs: 1)
Sağlam Bir Şəkildə Arıqlamaq İstəyirsən?
Əvvəla, gün ərzində 6 dəfə yemək yemək lazımdır.Çünki, bədən ehtiyac duyduğu qədər qida istehlak etməlidir. Sevimlilərimiz olan kiçik, yağlı, şirin, duzlu məhsullardan uzaq durmalıyıq.
Bədənin yağ və əzələ tarazlığını təmin etmək üçün fiziki fəaliyyəti də unutmamalıyıq. Düzgün bir məşq proqramına başlamaq və  bunu həyat boyu bir vərdiş halına gətirmək lazımdır. Yox, əgər idaman etməkdə tənbəllər sırasındasınızsa, heç olmasa gün ərzində oturaq deyil hərəkətli gün keçirməyə çalışın. Bu barədə gün ərzində olan gəzintilər də istisna deyil.
Məsələn, masanızın üzərində bir dolça su saxlamaqdansa, hər su içmək istəyəndə mətbəxə gedib için. Yox, əgər siz bunun üçün də tənbəllik edirsinizsə, deyə biləcəyimiz tək söz odur ki, arıqlamaq arzunuz çin olmaya bilər.
Yeyərək Arıqlamaq İstəyirsən?
Adamdan adama və yenilən qidaların məzmununa görə dəyişməsinə baxmayaraq yemək yedikdən 3-4 saat sonra qan şəkəri düşər və siz acarsınız. Burada artıq diyetoluqların "az miqdarda olmaq şərti ilə  tez-tez yemək yeyin" məsləhətlərini nəzərə alacağıq. Çünki, yeməyə vaxtında vaxt ayıra bilmədikdə və yemək yeməyə 6-7 saat gecikdirdikdə dözülməz bir aclıq hiss edərik və bu da heç də bizim xeyrimizə olmaz.
Çünki, belə olduqda biz həmin an doymaq üçün lazımından artıq yemək yeyərik. Nəticə də bədən ona lazım olan qidanı istehlak edər, qalanını isə bədən özü üçün ehtiyatda saxlayar. Bu hal tez-tez təkrarlandıqda isə sizin artıq kilo almamağınız mümkün deyil. Ona görə də mütəxəssislər 2-3 saatdan bir yemək yeməyinizi məsləhət bilirlər.
Qısa müddətdə Arıqlamağın Zərərlərini Bilirsənmi?
Aparılan araşdırmalara görə, qısa müddətdə arıqlamağa çalımaq, gün ərzində bədənə lazım olan kalori miqdarını minimum səviyyəyə endirmək, yağ itkisi ilə yanaşı əzələ itkisini də meydana gətirə bilər. Bədənin skelet əzələləri xaricində ürəyin də quruluşu əzələdən ibarətdir. Bu səbəb belə, qısa müddətdə arıqlamağın nə dərəcə də təhlükəli olduğunu bir daha sübuta yetirir.

/Mənbə: Qadınlar.Biz/





(səs: 1)
Şərhlər: 2
Baxılıb: 9 193
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri