Yağlardan həyatınız boyu xilas olun

Müəllif: Mr. OffiCeR
Şərhlər: 3
Baxılıb: 6 386
Səs ver:
(səs: 7)
Xüsusilə qarın bölgəsindəki yağlanma bütün qadınları canından bezdirir. Qarın bölgəsində yağların meydana gəlməsi və yox edilmə müddəti aşağıdakılardır...

Yağlardan həyatınız boyu xilas olun.
Yağlayarın bədəndə hansı səbəblə və necə toplandığı, çox kiloların meydana gəlməsində əhəmiyyətli bir faktordur. İnsanların daha çətin şərtlərdə yaşadığı keçmiş dövrlərdə bədəndə yağ toplanması həyati əhəmiyyət daşıyırdı. Bədən, qidalardan artan enerjini yemək olmadığı zamanlarda istifadə etmək üzrə tpolayırdı. Hal-hazırda enerji toplanması həyati lazımlılıq daşımasa da; yağ, digər orqanların funksiyalarını təsir edən hormonları çıxardığı üçün əhəmiyyətlidir. Cosmopolitan jurnalı, bədəndəki yağın meydana gəlməsini və yox edilmə müddətinidiqqət altına aldı.
Sürətlə arıqlamayın
Pəhrizdə yağ qəbulunu kəsmək kilo verməyi sürətləndirər?
Ekspertlərə görə edilən ən məşhur səhvlərdən biri çox az yeməkdir... Bu, maddələr mübadiləsinin yavaşlamasına səbəb olar, bədən qoruma rejiminə girər. Bədənin enerji səviyyəsini və metabolik əməliyyatları davam etdirə bilməsi üçün müəyyən bir miqdar qidaya ehtiyac vardır və bu səbəblə çox az yağ qəbul etmək də bir problemdir. Digər bir məşhur səhv də davam etdirilə bilməyən  bir pəhrizi saxlamaqdır. Sürətli arıqlama deyə bir anlayış yoxdur.
Gecə  yemək, kilo verməyə mane olar?
Bədəniniz işi gecə də dayandırmaz və yatarkən uzun  müddət aclıq dövründə olduğunuz üçün əslində əhəmiyyətli miqdarda enerji verərsiniz. Gecə acıyanlar üçün əhəmiyyətli olan yemək yeməsi deyil, o saatda nəyi nə qədər yediyidir. Mətbəxdəki rəflərinizi meyvə və fındıq kimi aşağı glisemik indeks dəyərinə sahib olan atıştırmalıqlarla doldurmaq, möcüzə bir fikir ola bilər. Bu, maddələr mübadiləsinizin işini sürətləndirər və sizi sağlam olmayan yeməklərdən qoruyar.
Qadın bədəni yaşlandıqca niyə formasını dəyişdirir?
Qadın bədəni ümumiyyətlə menopoz dövrü əvvəlinə qədər armud formasındadır, yağlar ombada toplanaq. Menopoz sonrasında isə bədəndəki yağ, orta bölgəyə yığılar və bədən alma formasını alar. Yağ bölüşməsində bu fərq, menopoz dövründəki hormonal dəyişikliklərdən qaynaqlanır.
İdmandan əvvəl yeyin.
Yeməyi məşqdən əvvəl yoxsa məşqdən sonra yemək daha doğru olar?
Məşqdən əvvəl yemək yemək tövsiyə edilir. Lakin zaman d əhəmiyyətlidir. İşdən iki saat əvvəl qəbul edilən yüksək karbonhidratlı və aşağı lifli bir atışdırma idealdır. Bundan daha geç bir vaxtda yemək, idman edərkən çətinlik çəkmənizə səbəb ola bilər. Məşq sonrası yeyilən yüngül atışdırmalıqlar da o vaxt ərzində boşalan karbonhidrat anbarlarınızın təkrar yenilənməsini təmin edəcəyi üçün uyğundur. İdman sonrası yüksək karbonhidrat və bir az da zülal ehtiva edən bir pay ideal ola bilər.
Qarındakı yağ xəstəlik əlamətidir.
Qarın bölgəsində yaranan yağlanma təhlükəlidir?
Xüsusilə qarın və bel bölgəsində yaranan həddindən artıq yağlanma; insülin müqaviməti, diyabet, sonsuzluq və.s səbəb ola bilər.
Kilo verərkən bunlara diqqət edin.
Paylarınızda daha az və sağlam qidanlar yerkən, enerji istehlakını artırmaq da kilo vermənin ən məntiqli yoludur. Ekspertlər kilo verərkən diqqət yetirməniz lazım olanları sıraladı.
Pay yerinə keçən qarışıqlar.
Bu qarışıqların bəziləri qısa müddətdə diqqətə çarpan bir kilo itkisini hədəfləyir. Belə bir arıqlama üsulu böyük ehtimalla yağ qədər əzələ itkisini də ehtiva edir. Bu qarışıqlar, bədənin toplamadığı qədər yüksək miqdarda zülal ehtiva edir. Köhnə pəhrizinizə qayıtdığınız zaman itirdiyiniz kiloları sürətlə geri alarsınız.
Kilo vermə dərmanları.
Bu dərmanların, bədənin qidanlardakı yağı almasına maneə törədən növləri etibarlıdır. Amma başda ishal olmaq üzrə yan təsirləri ola bilər. Bu vəziyyət sizi daha az yağ yeməyə yönəldə bilər. Daha az yağ yemək də sağlamlığınıza zərər verə bilər.
Məşq proqramları
Məşq proqramları, hər arıqlama strategiyasının bir parçası olmalıdır və mütləq əzələ yaratmağa istiqamətli bir müqavimət çalışması ehtiva etməlidir. Əzələ yaratmaq yağların meydana gəlməsinə mane olar.

/Mənbə:Qadınlar.biz/

(səs: 7)
Şərhlər: 3
Baxılıb: 6 386
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri