Yatmadan əvvəl nələr yemək olmaz!

Müəllif: Pure Love
Şərhlər: 2
Baxılıb: 3 228
Səs ver:
(səs: 2)
Xüsusi ilə gecə gec vaxtlara qədər oturanlar, yatmağa doğru acmağa başlar və qidalnacaq bir şey axtararlar. Ac yatmanın yuxunu qaçırdığı bir həqiqətdir, ancaq səhv yeməklər də ac mədə qədər yuxu qaçırır, üstəlik bəzilərini gecə yemək sağlamlığa da zərərlidir.
Sağlamlığınızı qorumaq, dinc bir yuxu yatmaq və formada qalmaq üçün yatmadan əvvəl bu yeməklərdən çəkinməlisiniz.

 

Fastfood
Mədəniz gecələri ağır və yağlı yeməkləri həzm etməkdə daha da çətinlik çəkər. Bu yeməklərlə çox  kalori almış olarsınız və bu kilonuza əks olunar. Ayrıca bu tip yağlı yeməkləri yatmadan əvvəl yediyinizdə sabahısı gün özünüzü halsız hiss edərsiniz.

 

Karbonhidrat və şəkər
Kiçik bir parça şirin bəlkə dinc bir yuxuya getmənizi təmin edə bilər amma şişirtməməniz lazımdır. Yediyiniz bu yeməklər qan şəkərinizi yüksəldə bilər. Tort, peçenye, ağ çörək kimi şeylər qəbul etmək yerinə məsələn bir alma yeyə bilərsiniz.

 

Qırmızı ət
Eynən yağlı yeməklər kimi qırmızı ət də miğdenize oturub bədəninizdə artıqdan yağa çevrilə bilər. Bunun yerinə bir iki dilim hind toyuğu və ya toyuq kolbasası ya da ton balığı kimi zülallar seçməlisiniz.

 

Laktoz

 

Pendir kimi laktozlu yeməklər gecələri mədənizə ağır gələ bilər və yanmasına yol aça bilər. Bu tərz yeməkləri gecə deyil daha erkən axşam saatlarında yeyə bilərsiniz.
Böyük boşqab
Gecə yeməkləri gecə naharlarına çevrilməməlidir. Gecələri aldığınız kalorini maksimum 200-300 kaloridə tutmağa cəhd göstərin. 

/Mənbə: Qadınlar.biz/
(səs: 2)
Şərhlər: 2
Baxılıb: 3 228
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri