Pəhrizlərinizlə yoldaşınızı yormayın

Müəllif: Pure Love
Şərhlər: 2
Baxılıb: 2 684
Səs ver:
(səs: 2)
Xanımlar, incəcik bir bədənə qovuşunca daha cazibədar olacağınızı düşünərkən, əlinizdə davamlı zəifləmə biskvitiylə gəzmənin sizi daha itələyici etdiyinin ayırdına çatıb özünüzə çeki nizam vermənin zamanı!
Yorular və yorarsınız
Davamlı diyetdə olmaq, davamlı yediklərinizin yağ nisbətlərini və kalorisini düşünmək, yoldaşınızla birlikdə gözəl bir film izlərkən, çöldən sifariş verdiyiniz pizzadan yeyə bilməmək, cips kefi edə bilməmək, bunu bir də şokoladlı tort ilə dadlandıramamaq, bütün bunları düşünərək və özünüzlə mübarizə edərək yorulmaq deməkdir.
Darıxdırıcı olarsınız
Diyet edərkən, yemə istəyinə etiraz edəcəyəm deyərkən birdən-birə  əsəbi birinə çevrilə bilərsiniz. Bunların yanında çöldə yeməyin dozasını qaçırmamaq üçün ictimailəşməkdən də uzaqlaşarsınız. Nəticə etibarı ilə darıxdırıcı biri olub çıxarsınız. Davamlı diyet edən biriylə axşam yeməyinə çıxmaq belə böyük bir problem halına gələrkən xoşbəxt bir evlilik, əlaqə qalarmı geriyə?
Seksapelinizi və seks istəyinizi itirərsiniz
İştahınızı itirməniz, həm fiziki həm də psixoloji səbəblərdən ötəri seksə olan iştahınızı da azaldar. Bədəninizi lazımlı qidalardan məhrum buraxdığınızda östrojen və testosteron kimi hormonlar da normal dəyərlərin altına düşər, seksə olan maraq bilvasitə olaraq azaldar. Seksə maraq azaldığında da özünüzü seksual hiss etməz və çölə, yəni yoldaşınıza da seksual görünməzsiniz.
Yoldaşınızı da bədbəxt edərsiniz
Evdə davamlı diyet yeməklərinin bişməsi, yoldaşınızın da bilvasitə olaraq diyetə girməsi nəticəsini gətirə bilər. Baxaq, o bunu həqiqətən istəyirmi? Zəruri diyet kimsəni xoşbəxt etməz. Özü bədbəxtkən sizi necə xoşbəxt edə bilər ki?
Həm kilonuzu həm də evliliyini necə qoruyarsınız?
Yeməklə olan sağlam olmayan əlaqənizin altında  problemlər yatırsa, bir psixoloqdan kömək almağı yoxlayın.
Yoldaşınızla hər yemək yeyərkəb neçə kalori almış ola biləcəyiniz söhbətini etməyin.
Şok diyetlərdən uzaq durun. Bunlar həm qalıcı nəticə verməz həm də sizi əsəbi və depresif biri halına gətirər. Bu da əlaqənizə zərər verər.
Diyet üçün özünüzü çox sıxmayın. Şişirdilmiş diyet qaydalarından uzaq durun və arada özünüzü şişirdin. Bu şişirtmə işini yoldaşınızla birlikdəykən edin.
Yoldaşınızı sizinlə birlikdə diyet etməyə məcbur etməyin. Eyni masada fərqli yeməklər yeyə bilərsiniz çox yaxşı. Onu sizin yediklərinizin daha sağlam olduğuna razı salmağa çalışaraq darıxdırıcı olmayın.
 
/Mənbə:Qadınlar.biz/
(səs: 2)
Şərhlər: 2
Baxılıb: 2 684
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri