"Demi Moore"dən həftəyə 10 kiloqram arıqladan pəhriz

Müəllif: Mr. OffiCeR
Şərhlər: 4
Baxılıb: 8 682
Səs ver:
(səs: 6)

50 yaşındakı Hollivud ulduzu Demir Mur özəl pəhrizindən danışıb. Aktrisa ideal bədən quruluşu üçün bu reseptə minnətdar olduğunu bildirib. 

Demi Murun 1 həftəyə 10 kiloqram arıqladan həmin pəhrizini təqdim edirik: Səhər, nahar və şam yeməyi üçün aşağıdakı menyulardan birini seçə bilərsiniz.

Səhər yeməyi:

I - 1 ədəd yumurtanı yarım stəkan yağsız süd ilə qarışdırın. İçərisinə 50 qram un əlavə edib, azca soda və vanilin tökün. Bir az saxladıqdan sonra yağsız tavada omlet kimi bişirin.

II – 2 dilim axşamdan basdırılmış ət, 2 ədəd yağsız bişmiş pomidor, 1 dilim qara çörək.

III – 2 ədəd balaca almanı sürtgəcdən keçirib, yağsız südlə qarışdırın. 50 qram qara çörəyin üzərinə çəkib yeyin.

Nahar:
I – Balaca sendvic çörəyinin arasına pomidor, xiyar, 50 qram yağsız kolbasa və 1 çay qaşığı mayonez qoyub yeyin.

II – Xırda doğranmış 1 diş sarımsağı, yarım soğanı 1 çay qaşığı kərə yağı ilə qarışdırıb, yumuşalana qədər bişirin. Üzərinə doğranmış pomidor, konservləşdirilmiş göbələk əlavə edib 10 dəqiqə bişirin. Kənarda pəhriz üçün olan makaronu suda bişirin. Hazırlanan göbələkli sousla birlikdə yeyin.

III – 50 qram pəhriz üçün olan makaronu suda bişirin. Üzərinə yağsız, buxarda bişmiş balıq qoyub yeyin. İstəsəniz tərəvəzlərdən sous da hazırlaya bilərsiniz.

Şam yeməyi:
I – 150 qram yağsız balığın üzərinə zeytun yağı sürtərək, yağsız tavada qızardın. Suda bişmiş brokkolli ilə yeyin.

II – Balaca badımcanı yuyub, doğrayın. Üzərinə duz töküb, yarım saat saxlayın. Bir az pomidor, balaca yaşıl bibər, bir ədəd soğan və iki yemək qaşığı təzə doğranmış lobyanı qarışdırıb, yarım saat vam odda bişirin. Duza qoyulmuş badımcanı az miqdarda un ilə qarışdırıb, zeytun yağında qızardın. Pomidorlu sous ilə yeyin.

(səs: 6)
Şərhlər: 4
Baxılıb: 8 682
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri