Qənirə Paşayeva niyə bu qədər arıqladığından danışdı

Müəllif: Mr. OffiCeR
Şərhlər: 4
Baxılıb: 28 027
Səs ver:
(səs: 7)



Qənirə Paşayeva modern.az-a müsahibəə verib. Millət vəkili müsahibə əsnasında necə arıqlamağından da danışıb. Müsahibənin həmin hissəsini olduğu kimi təqdim edirik:

– Birdən-birə həddindən artıq arıqladınız. Bu hadisədən sonra bəzi insanlarda belə təsəvvür formalaşıb ki, Qənirə xanım ümumiyyətlə heç nə yemir...
– Bu normal həyat tərzidir. Həm məktəb, həm universitet, həm də çalışdığım illərdə kiloları olmayan insan idim. O zaman idmanla məşğul olmaq imkanım vardı. Qidalanmaya diqqət yetirmək imkanım daha geniş idi. Bir müddətdən sonra işlərim çoxaldığı üçün idmanı atmaq məcburiyyətində qaldım. İşin ağır və gərginliyi qidalanma rejimini də pozmağa kömək edir. Daha çox axşam qidalanmaya meylli bir həyat tərzi idi. Hər bir iradəsi olan insan bunu çox rahat şəkildə həyata keçirə bilər. Rejimi normaya qoyursunuz, nə olursa-olsun bu şəkildə getməlidir. 

– Deməli, "hava”yla qidalanmırsınız...
– Xeyr. Normal qidalanmamaq sağlamlığa ciddi təhdid etmək deməkdir. Vaxtlı-vaxtında heç bir qidanı özümə qadağa qoymuram. Əməliyyatla arıqlama effektli ola bilməz. İnsan əgər  öz həyat tərzini düzəltmirsə, gedib əməliyyat olunmağın xeyri yoxdur. Arıqlamaq üçün dərman preparatlarından istifadə etmək də çox böyük səhvdir.


(səs: 7)
Şərhlər: 4
Baxılıb: 28 027
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri