Kristina Aquleranın pəhrizi

Müəllif: Pure Love
Şərhlər: 4
Baxılıb: 8 590
Səs ver:
(səs: 0)

 

"Ulduzların pəhrizi” rubrikasında bu dəfə Amerikanın məşhur ulduzu, seks-simvol Kristina Aquleranın arıqlama sirləri sizə təqdim edirik. 

Məşhur ulduz özəl pəhrizi ilə bir həftəyə istədiyi çəkiyə düşür. Bir neçə mərhələdən ibarət olan bu pəhrizi olduğu kimi təkrarlayın. Bu sizə bir ay ərzində 20 kiloqram arıqlamaq imkanı yaradacaq. 
Aquleranın arıqlama sirrini təqdim edir:

Birinci mərhələ: (2 həftə davam edir)

Səhər: soya pendiri və ya yağsız kəsmik.

Nahar: istədiyiniz qədər tərəvəz salatı, yaxsız, buxarda bişmiş ət, toyuq və ya balıq.

Şam: kabaçok, çuğundur, yaşıl noxud, kök və qarğıdalıdan hazırlanan salat.

Həftədə bir dəfə pəhriz makaronundan, qara çörəkdən, suda bişmiş yağsız düyüdən, az miqdarda kartofdan istifadə edə bilərsiniz.

Adi su və ya təbii meyvə şirəsi için. 

İkinci mərhələ: (1 həftə)

İlk iki həftə bitdikdən sonra çəkidə azalma görəcəksiniz. Bu zaman ikinci mərhələyə keçə bilərsiniz.

Səhər: 1 ədəd suda bişmiş yumurta, yağsız kəsmik.

Nahar: dəniz məhsullarından hazırlanan salat və ya şorba.

Şam: yağsız yoqurt və meyvə.

Bu ərəfədə idmanla məşğul olmalı, stresdən uzaq durmalısınız. "Fast-food” yemək qətiyyən olmaz.

Son mərhələ: (1 həftə)

Səhər: meyvə salatı, yağsız pendir, bir dilim qara çörək.

Nahar: tərəvəzlərdən bişirilmiş şorba, yağsız ət.

Şam: yoqurt və meyvə qurusu.

Pəhriz zamanı şəkərdən istifadə olunmamalıdır. Çalışın çoxlu su içəsiniz.

(səs: 0)
Şərhlər: 4
Baxılıb: 8 590
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri