Qarın və budların kökəlməməsi üçün nə etməli?

Yeniləndi: 18-06-2016, 13:34
Müəllif: C_E
Şərhlər: 2
Baxılıb: 12 685
Səs ver:
(səs: 3)
Budların kökəlməsinin qarşısını almaq, ya da budların arıqlaması üçün gimnastikadan başqa masaj və duşdan da istifadə edirlər. Əvvəl budları barmaqlarla ovuşdurur, sonra bərk döyəcləyirlər. Bu məqsədlə oxlovdan da istifadə etmək olar. Budları 2-3 dəqiqə ərzində oxlovlamaq lazımdır. Masajdan sonra ya soyuq duş qəbul etmək, ya da soyuq su ilə möhkəm silinmək lazımdır.
Qarının kökəlməməsinə gəldikdə isə, bunun üçün bir neçə məsləhətə əməl etmək lazımdır.
1.Hər gün qarnınızı soyuq su ilə sürtün, əvvəl sağ böyürdən (bel olan yerdə) sol böyürə tərəf və əksinə, sonra saat əqrəbi istiqamətində dairəvi hərəkətlərlə.
2. İlıq vannadan sonra soyuq duş qəbul edin.
3.Qarın əzələləri üçün gimnastika hərəkətləri edin.
4.İdmanla, daha yaxşı olar ki, üzgüçülüklə məşğul olun.
5.Hamiləlik zamanı enlənə və darala bilən xüsusi kəmər geyinin.
6. Həm də ağır fiziki gərginlik zamanı enli dayaqverici kəmər taxın.

Birdən-birə bərk arıqladıqda, ya da doğuşdan sonra qarın divarı zəiflədikdə soyuq duşdan başqa qarını aşağıdakı məhlulla sürtmək lazımdır. Məhlulu belə hazırlayırlar: 0,5 litr suya 1 xörək qaşığı rozmarin tökülür və qaynadılır, soyuyandan sonra süzülür və ona 2 xörək qaşığı üzüm sirkəsi, 2 x.q araq və 1 x.q duz əlavə edilir.
Fiziki cəhətdən zəif qadınlar üçün qarın əzələsinin möhkəmlənməsi üçün təmiz havada gəzmələri məsləhətdir.
(səs: 3)
Şərhlər: 2
Baxılıb: 12 685
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri