Bədəni incəltmək üçün...

Müəllif: Pure Love
Şərhlər: 7
Baxılıb: 11 782
Səs ver:
(səs: 12)
• Əllərinizi ombalarınıza qoyun. Qıçlarınızdan biri ilə mümkün olan ən böyük aaddımı atın. Öndəki diziniz qırıq, arxadakı gərgin olsun. Bir neçə saniyə gözləyin və sonra qıçınızı digərinin yanına çəkin. Hərəkəti 12 dəfə olmaq üzrə iki set təkrarlayın.

• Barmaq uclarınızın üzərində mümkün olduqca yüksəlin. Hərəkəti 15 dəfə olmaq üzrə iki set təkrarlayın.

• Arxası üstə uzanın… Əllərinizə bir ağırlıq al/götürərək qol əzələlərinizi işlədin. Hərəkəti 12 dəfə olmaq üzrə iki set təkrarlayın.

• Eyni hərəkəti bu dəfə ayaqda edin. Qıçlarınızı çiyin xəttində açın, ağırlıqları əlinizə alın və qollarınızı dirsəklərdən qırıb, ağırlıqları çiyinlərinizə dəydirin. Hərəkəti 12 dəfə olmaq üzrə iki set təkrarlayın.

• Ağırlıqları əlinizdə tutaraq dirsəklərinizi qırmadan, qollarınızı iki yana açaraq qaldırıb endirin. Hərəkəti 12 dəfə olmaq üzrə iki set təkrarlayın.

• Arxası üstə uzanın. Əllərinizi başınızın altına alın, dizlərinizi qıraraq yavaşca jim çəkin. Hərəkəti 15 dəfə olmaq üzrə üç set təkrarlayın.

İKİNCİ GÜN
• Hər iki əlinizə ağırlıq alın… Dizlərinizi qırmadan, bədəninizin üst qisiminin yerlə 90 dərəcə bucaq etməsini təmin edin. Ağırlıqlarla birlikdə dirsəklərdən qırıb bel xəttinə qədər kaldınn. Hərəkəti 12 dəfə olmaq üzrə iki set təkrarlayın.

• Arxa üstə uzanın, iki yana açdığınız qollarınızı qırmadan, ağırlıqlarla birlikdə endirib qaldırın. Hərəkəti 12 dəfə olmaq üzrə iki set təkrarlayın.

• Ağırlıqdan, qollarınızı iki yanda açıq şəkildə qıraraq çiyin xəttinizdə tutun. Daha sonra başınızın üzərində birləşdirib yenə sərbəst buraxın. Hərəkəti 12 dəfə olmaq üzrə iki set təkrarlayın.

• Yerə üzüaşağı uzanın, əllərinizi başınızın arxasında birləşdirin, yalnız bədəninizin üst qisimiylə, yerdən bir miqdar qalxıb təkrar yatışın. Hərəkəti 15 dəfə olmaq üzrə üç set təkrarlayın.

• Düzlərin çiyin xəttində açıq olacaq şəkildə ayaqda durun, iki yanda sərbəst olan qollarınızı, əllərinizə ağırlıqlar alaraq qaldırıb - endirin. Hərəkəti 12 dəfə olmaq üzrə iki set təkrarlayın.

• Bir kürsüyə oturun. Əllərinizlə kürsünün qollarına yapışın və özünüzü yalnız qol əzələlərinizi işlədərək qaldırmağa çalışın. Hərəkəti 12 dəfə olmaq üzrə iki set təkrarlayın.

ÜÇÜNCÜ GÜN
• Məşq müddətini 60 dəqiqəyə çıxarın.

DÖRDÜNCÜ GÜN
• Birinci günün hərəkətlərini təkrarlayın.

BEŞİNCİ GÜN
• İkinci günün hərəkətlərini təkrarlayın.

ALTINCI VƏ YEDDİNCİ GÜN
• Daha çox kalori yandırmanızı təmin edəcək, daha hərəkətli məşqlər edin. Basketbol, step, sürətli tempdə yeriyin…
 
/Mənbə: Qadınlar.biz/
(səs: 12)
Şərhlər: 7
Baxılıb: 11 782
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri