Dümdüz bir qarına sahib olmaq üçün 8 addım

Müəllif: Mr. OffiCeR
Şərhlər: 8
Baxılıb: 18 464
Səs ver:
(səs: 3)
Möhkəm bir qarın hər bir xanımı gözəl görünməsini təmin edər.

Geydiyiniz hər şey üzərinizə daha gözəl oturar. Hər qadının ortaq xəyalı cazibədar bir qarındır. Yaxşı dümdüz bir qarına necə sahib olmaq olar?
Etməyiniz lazım olanlar…

    Duruşunuza diqqət. Ayaqda dayanarkən daha düz bir duruş qarın əzələlərinin doğru işini təmin edər. Qulaqlarınız çiyin xəttində olmalı və dizlərinizi bükməməlisiz. Çiyinlərinizin ön qisimi asqıya köynək asdığınız kimi düz olmalıdır. Önə doğru əyik dayansanız donqarınız çıxar və zamanla qalıcı ola bilər. Ağırlığınızı topuqlarınıza verin. Bu sayədə həm düz bir duruşa həm də sağlam qarın əzələlərinə sahib olacaqsınız.
 
 
    Bədəninizi bütünlükdə Düşünün. Qarın əzələlərinizi işlədərkən bədəninizin digər hissələrinə laqeyd yanaşmayın. Möhkəm bir qarın üçün məsələn kürək və bel hissəsində olan əzələlərin də vəziyyəti olduqca əhəmiyyətlidir. Ayrıca balanslı bir şəkildə bütün bədəni işlətməsəniz qarınınız möhkəm ancaq digər yerlər zəif qalacaq.
 
 
    Qayıq dönüşü. Tik durun, ayaqlarınızı çiyin xəttində ayırın. Əllərinizi birləşdirin və avar çəkdiyinizi xəyal edin. Sağ və sol tərəfinizə doğru birləşdirdiyiniz əllərinizi qıyıqda oturar kimi kürək hərəkətini 20 dəfə edin. Hərəkətləri edərkən dərin nəfəs almağa diqqət yetirin.
 
 
    Pişik təpiyi. Ayaqlarınızı birləşdirib dik durun. Qollarınızı təyyarə qanadları kimi açın. Nəfəs verin və eyni zamanda qıçınızı qaldıra bildiyiniz qədər yuxarı qaldırın. Qollarınız önünüzdə paralel olaraq dayanmalıdır. Hər bir qıç üçün 20 dəfə eyni hərəkəti edin. Bu sayədə bu bölgədə olan əzələlərinizin çalışacaq və yağ əriməsi artacaq.
.
 
    Əsnəmə. Tik durun, topuqlarınızı birləşdirin və əllərinizi qarınınızın altında kilidləyin. Nəfəs verin və qollarınızı əsnədə bildiyiniz qədər aşağı doğru itələyin. Eyni zamanda barmaq ucunuzda qalxmağa çalışın. Bu şəkildə 10 dəfə eyni hərəkəti təkrarlayın.
 
 
    Yeməyinizə diqqət. Nə qədər məşq etsəniz edin, yediklərinizə diqqət yetirmədiyiniz təqdirdə qarınınızı istədiyiniz şəklə sala bilməzsiniz. Unutmayın qarınınızda mədəniz var onun dolu olması gözəlliyinizə kölgə salacaq.
 
 
    Doğru hədəflər. Genləriniz bədəninizin şəklində əhəmiyyətli bir rol oynayar. Ancaq necə olsa ailəmdəki hər kəs kiloludu diyə şirniyyata hücum etmək də doğru deyil. İstədiyiniz təqdirdə və doğru hədəflər qoyduğunuzda motivasiya olduğunuzu və gözəl bir bədənə sahib olmanın o qədər də çətin olmadığını görəcəksiniz.
 
 
    Tələsik etməyin. Heç kim bir gündə möhtəşəm bir qarına qovuşmur. Səbirlə çalışdığınızda və gündə 20 dəqiqənizi ayırdığınızda çox zaman keçmədən istədiyiniz ölçülərə çatacaqsınız. Unutmayın! Hər şeyin başı səbir…
(səs: 3)
Şərhlər: 8
Baxılıb: 18 464
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri