Çörəksiz diyetlər beyni tez yaşlandırır

Müəllif: Pure Love
Şərhlər: 5
Baxılıb: 2 435
Səs ver:
(səs: 1)
Qırmızı meyvələri qəbul edin, beyniniz yaşlanmasın
 
Beyninin yaşlanmamasını istəyirsinizsə hər naharda ən az 1 dilim çörək qəbul edin. Unutmayın, çörəksiz diyet beynin yaşlanmasına səbəb olur! Polifenol tərkibi yüksək qırmızı meyvələr də beyni gənc tutan qidalar arasında. Tam bir antioksidan anbarı olan ara nahar alternativləri qırmızı meyvələr; sərbəst radikalları nötralize edərək yaşlanmağa qarşı beyninizin müqavimətini artırır.

Beynimiz üçün D və E vitamini şərt
 
D vitamini də beynin gənc qalmasını təmin edən vitaminlərdən. Bu vitamin üçün ən təsirli qaynaq isə günəş işığı. Hər gün 15 dəqiqə günəş vannası qəbul edin ya da D vitamini istifadə edin.
E vitamini beyin sağlamlığı baxımından ən fundamental antioksidanlardan birini meydana gətirir. Bu vitamin xüsusilə taxıllarda bolca iştirak edir. Bu səbəblə yarma, əsmər düyü, qarabaşaq, çovdar, yulaf kimi qidalara gündəlik diyetinizdə mütləq yer verin. Tam taxıllı çörəyi həyatınızdan əsla çıxarmayın.

Unutqanlığın ən yaxşı çarələrindən biri qatıq
 
İstər ayran olaraq ara naharlarda qəbul edin,  qatıq  olaraq ana naharlarınızın yanında amma unutqanlığı önləmək istəyirsinizsə qatıq qəbul şərt! Qatığın içərisindəki tirozin adlı maddə yalnız unutqanlığınıza çarə olmur, eyni zamanda beyninizi xəbərdar edərək sürətli düşünmənizə və enerjili olmanıza da iştirak edir.
 
Beyninizi ultra sürətli işlədin!
 
Bu qış beyninizi və maddələr mübadiləsinizi ultra sürətli işlədəcək bir dost təklif edirik; 125 qram light qatıq və 1 çay stəkanı soyulmuş narı qarışdıraraq ara nahar alternativi olaraq qəul edəcəyiniz bu qatığı çox sevəcəksiniz. 
Beyninizin dərmanı qidalar: Qoz, kök, ananas və darçın
 
Şəkli etibarilə də beynə bənzəyən qida qoz,  həm E vitaminiylə həm də omega-3lə beyin hüceyrələrinizə sağlamlıq, sizə də rahatlıq verir. Hər gün naharınızda 2 bütün qoz qəbul edin.
 
Kökün tam da fəsli olan bu aylarda, 1 çay qaşığı zeytunyağı və bol limon ilə qəbul edəcəyiniz bir qab kök salatı unutqanlığınıza dərman kimi gələcək.
 
Əzbərləmə və unutqanlıq mövzusunda özünüzə bir yoldaş axtarırsınızsa, ananasın üzərinə 1 çay qaşığı darçın səpərək həm şirin ehtiyacınızı basdıra bilər həm də qeyd dəftərinizə əlvida deyə bilərsiniz.
 
/Mənbə.Qadınlar.biz/ 
(səs: 1)
Şərhlər: 5
Baxılıb: 2 435
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri