Diyetə hansı içkilər köməkçi, hansıları zərərli?

Müəllif: Pure Love
Şərhlər: 6
Baxılıb: 3 548
Səs ver:
(səs: 0)
Su
Diyetin imtina edilməzi. Daha uzun müddət tox hiss etməmizin yanında maddələr mübadiləsimizi sürətləndirməyə köməkçi olar. Çünki bədəndə qeyri-kafi maye olması və ya maye itkisinin həddindən artıq olduğu vəziyyətlərdə bədən həyəcan verir və maddələr mübadiləsini yavaşladır. Qəbizlik probleminin ən əhəmiyyətli önləyicilərindən olan su, bədənimizin şiş tutmamasını, qan dövranının düz təmin edilməsini də təmin edir. Bütün bu müsbət təsirlərinin yanında arıqlama əsnasında bədəndə yığılan və zərərli təsiri ola biləcək elementlərin bədəndən uzaqlaşdırılmasını da təmin edir. Gündə ən az 1.5 litr su içməyə laqeyd yanaşmayın.

Minerallardan zənginləşdirilmiş su
İçərisinə kalium və maqnezium əlavə olunmuş sular xüsusilə diyetin yanında məşq edənlər üçün əhəmiyyətlidir. Tərlə atılan kaliumun qarşılanmasını asanlaşdırdıqlarından yana ola biləcək əzələ kramplarını önləyirlər. Maqnezium, qəbizlikdən qoruyan minerallardan biri olduğundan yana diyetdə yaşanan ən böyük problemlərdən biri olan qəbizliyin də qabağına keçməyə köməkçi.

Tərəvəz suyu
Kalorisi aşağı və toxluq hiss etməyə köməkçi tərəvəz suları diyet edənlər üçün ideal ola bilər. Tərəvəz suları bir çox vitamin və mineraldan eyni zamanda antioksidanlardan zəngindir. Lakin bəzi növlərinin natrium tərkibinin yüksək olduğu unudulmamalı.

 

Yarım yağlı süd
Ehtiva etdiyi zülal ilə toxluq hissi təmin edər və maddələr mübadiləsinin sürətlənməsinə köməkçi olar. Kalsium mineralının nizamlı alınmasının, xüsusilə göbək ətrafında yağlanılmanın düşməni olduğu bilinməkdədir. Tam yağlı südlərə görə daha az kalori, doymuş yağ və xolesterol ehtiva edər. Gündə 2 stəkan süd qəbulu sümük sağlamlığını qorumaq üçün lazımlı və eyni zamanda arıqlamağa köməkçidir.

Meyvə çayları
İştahı azaldıcı təsiri olduğu düşünülür. Kalori xərci olmayan bir içəcək növü. Diyetdə iştirak etməsində problem yoxdur. Su içə bilməyənlər üçün su yerinə keçəcək sağlam bir alternativ olaraq qəbul edilə bilər.


Şəkərli turşulu içkilər
Yüksək şəkər ehtiva etdiklərindən ötəri yüksək kalorili olan bu cür içkilər gizli kalori alışına gətirib çıxararaq kilo verə bilməmənizə səbəb ola bilər.

Enerji içkiləri
Kalori və şəkər tərkibi yüksək digər bir içki qrupudur. Yüksək kafein tərkibləri ilə ümumiyyətlə qəbul edilmələri təklif edilməməkdədir.

Spirtli içkilər
Ehtiva etdikləri spirt nisbətinə görə kaloriləri yüksələn içkilərdir. Bir qram spirt 7 kalori ehtiva edər. Bunun xaricində bədəndə yağ yandırmasını  çətinləşdirər.
(səs: 0)
Şərhlər: 6
Baxılıb: 3 548
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri