Arıqlamaq üçün 3 əsas qayda

Müəllif: Mr. OffiCeR
Şərhlər: 5
Baxılıb: 7 445
Səs ver:
(səs: 0)
Çəkini aşağı salmaq üçün 3 arıqlama reseptləri sizə faydalı olacaq:
Birinci qayda(əsas): tərkibində çoxlu yağ və asan həzm olunan karbohidrarlar olan yüksək kalorili ("zərərli”) ərzaqlardan imtina etməli.

İkinci qayda: çəkini artırmayan aşağı kalorili (" faydalı") ərzaqların istifadəsini artırmaq lazımdır. Bura birinci növbədə bütün göyərtilər və tərəvəzlər aiddir(kartof və paxlalardan başqa).

Üçüncü qayda:"yararlı”- orta kalorili ərzaqların istifadəsini yarıbayarı azaltmaq—bunlar yağı az, zülalı çox olan ərzaqlar- o cümlədən yağsız ət, balıq, süd məhsulları; nişasta ilə zəngin ərzaqlar(tədricən həzm olunan karbohidratlar)—kartof, paxlalar, çörək- bulka məmulatları (ən yaxşısı kəpəkli undan hazırlanmış), kaşalardır; bura həmçinin yağsız ətdən, balıqdan, toyuqdan bişmiş suplar, vegeterian supları aiddir.

Tərəvəz və meyvələrin, yağsız quşların və ətlərin,yarmaların, süd məhsullarının üstünlük təşkil etdiyi qidalar bütün dünyada ən sağlam hesab olunur.

Faydalı məsləhətlər

Bitki və heyvani yağların kaloriliyi eynidir və çəki üçün hər ikisi eyni qaydada zərərlidir, birincinin isə damarlara ziyanı azdır; Siz az miqdarda yağ yeyirsiniz, yaxşı olar ki, bitki yağından istifadə edəsiniz.

Həzm olunmayan və tədricən həzm olunan karbohidratlar tez həzm olunanlardan daha üstündür. Hər qida qəbulunu yağ əlavə olunmamış tərəvəz salatından bashlayin.

Heyvani zülal olan qida məhsulunun müəyyən hissəsini bitki mənşəli zülallarla əvəz edin(onların tərkibində həm də sellüloza vardır).

Qoy sizin deviziniz belə olsun:”meyvə və tərəvəz əsas yemək, ət isə qarnir olsun”.

Bir stəkan su və ya şəkərsiz çay yeməyə 30 dəq qalmış qəbul etdikdə iştaha azalır.
(səs: 0)
Şərhlər: 5
Baxılıb: 7 445
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri