Arıqlamağa kömək edən dietik tərəvəz salatları

Müəllif: Rufush Aliyeva
Şərhlər:
Baxılıb: 19403
Paylaş:
Səs ver:
(səs: 1)
Tərəvəz salatları, hər bir masanın gözəlliyi olmaqla bərabər arıqlamaq istəyən  insanlar üçün çox effektivdir.

Az kalorili, yalnız çox xeyirli olan bu salatlar bizə, mədədə yüngüllük, sağlam dəri rəngi və ən əsası isə artıq çəkidən azad olma imkanı yaradırlar.

Bitki məhsullarının tərkibində qida telləri adlanan -selülloz və pektin vardır ki, onlar, mədə-bağırsaq traktında həzm olunmayaraq, bağırsağın tez təmizlənməsini təmin edirlər. Eyni zamanda qandanxolesterin və digər yağ komponentlərinin çıxardır, şəkərin konsentrasiyasının azaldır, toksinlərdən azad edir və bağırsaqda normal mikrofloranı təmin edir.

Tərəvəz və göyərti - insana gümrahlıq və sağlamlıq verən  vitamin və minerallar, bioloji aktiv maddələrinəsas mənbəyidir.

Dietik tərəvəz salatı edərkən nəyə üstünlük verilməlidir?

- keyfiyyətli, təzə, bərk və zədəsiz məhsullar olmalıdır.

- azkalorili məhsullara üstülük verilməlidir.

Azkalorili məhsullardan : kərəviz (cəmi 18 kaloriy), kələmin bütün növləri, brokkoli, kök, bibər, xiyar, pomidor, kahı, çuğundur, yaşıl noxud, turp, soğan, ispanaq, qulançar.

- həmçinin salatlara antioksidantlarla zəngin olan şüyüd, nanə və cəfəri əlavə etməyi unutmayın. Salatlara dad, qoxu və gözəllik verən ədviyyatlardan da normada istifadə etmək olar. Zəncəfil və darçın isə xüsusi ilə məsləhət görülür.

Zəcəfil - həzmi stimullaşdırır, mədənin selikli qişasını möhkəmləndirir və tonusu qaldırır. Darçın - qanda şəkərin miqdarını azaldır, bununla piy yığılmasına mane olur.

Sonda isə sizə bir neçə asan və xeyirli tərəvəz salatının reseptini təqdim edirik:

Tərəvəzli yay  salatı.
1 dəstə kahı, 3 bolqar bibəri, 2 xiyar, az soğan, 3 ç/q zeytun yağı, limon suyu, duz, istiot və cəfəri.

Təmizləyən vitaminli salat.
200 qr kələm, 1 kök, çuğundur, 1-2 yaşıl alma, yaşıl soğan, cəfəri və ya şüyüd, duz və istiot.

Pomidor salatı.
4 orta pomidor, soğan, 30 qr pendir, 2-3 qaşıq yağsız xama.

Kələm və kərəviz salatı.
400 qr kələm, 4 dəstə kərəviz, 3 xiyar, 2 soğan, limon və cəfəri.

Vitaminli yaz salatı.
2 dəstə kahı, çuğundur, xiyar, limon, 1 ç/q bitki yağı, 30 qr sürtgəcdən keçirilmiş yağsız pendir və istiot.

loading...
(səs: 1)
Şərhlər:
Baxılıb: 19403
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 

Qadın testləri

Aylıq arxiv