Sağlam arığladan 3 pəhriz

Müəllif: Narın Yağış
Şərhlər:
Baxılıb: 3500
Paylaş:
Səs ver:
(səs: 1)
Artıq çəkisi olan hər kəs arıqlamaq istəyər, ancaq əhəmiyyətli olan sağlam arıqlamaqdır. Çox vaxt təcrübəsiz və ya məlumatsız arıqlamaq bir çox sağlamlıq problemlərini ortaya çıxarır. Bir qidaya уüklənmək, başqa qida qrupundan uzaqlaşmaq, yemək üçün уanlış vaxt seçmək, ya dа uzun müddət mədəyə aclıq hissi yaşatmaq bіr çox xəstəliyə səbəb olar. Sağlam arıqlamaq sandığınız qədər çətin deyil. Budur, həkimlərin və dietoloqların təcrübəsindən keçən 3 pəhriz.

Az kalorili pəhriz
Bu pəhrizdə gündəlik kalori sərhədi 1500 kkal-dır. Şəkər, şirniyyat və hər cür karbohidratdan uzaq dayanmağı tələb edən bu pəhrizdə gündəlik 100-150 qramdan çox çörək istifadə etməməyiniz məsləhət görülür. 80 qramdan çox yağ və 60 qramdan çox zülal da bu pəhizi saxlayanlara qadağandır. Yüksək kalorili olduğundan spirtli içkilərdən də uzaq dayanmalısınız. Gündə 5-6 dəfə, hər dəfə çox az qidalanmaq təklif edilir. Menyunuz vitamini bol, kalorisi az olan qidalardan ibarət olmalıdır.

Az-az və tez-tez yemək pəhrizi

Bu pəhriz xüsusilə mədə narahatlığı yaşayan insanlara təklif edilir. Ac olduğunuz zaman yemək yeyə bilərsiniz, ancaq özünüzü tox hiss etdiyiniz zaman masadan qalxmağınız lazımdır. Gündə 3 dəfə mədənizi tamamilə doldurmaqdansa, 5-6 dəfə, hər dəfə çox az porsiyalarla yemək yeyə bilərsiniz. Gündə ən az 2 litr su içmək lazım olan bu pəhrizdə unlu və şəkərli qidaları məhdudlaşdırmaq lazımdır.

Az yağlı pəhriz
Bu pəhrizdə gündə 40 qramdan çox yağ istifadə etmək qadağandır! Az yağlı pəhrizdə dərisiz toyuq əti, yağsız balıqlar, meyvələr, tərəvəzlər və az yağlı süd məhsullarından istifadə edilməlidir. Həmçinin bədən üçün zərərli olan yağı məhdudlaşdırmaq özünüzü daha yaxşı hiss etməyinizi də təmin edəcək. Ancaq bu pəhrizdə diqqət olunması lazım olan şey bədənin yağ almasını tamamilə azaltmamaqdır. Yağ qəbulu gündəlik 15-20 qramdan az olduqda yağda həll olan A, D, E və K vitaminləri bədən tərəfindən əmilmir və vitamin çatışmazlığı problemi yaşanır. Gündəlik 40 qram qaydasına əməl etmək kifayətdir.

loading...
(səs: 1)
Şərhlər:
Baxılıb: 3500
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 

Qadın testləri

Aylıq arxiv